Koronavirusa yoluxmuş deputat: “Həkimi özümüz tapırıq...”
Tarix: 23-11-2020 15:44 | Bölmə: Slayd
Koronavirusa yoluxmuş deputat: “Həkimi özümüz tapırıq...”

“Milli Məclisin bir neçə deputatında, o cümlədən məndə də koronavirus aşkarlanıb. Vediyim testin nəticəsi pozitiv çıxıb. Hazırda ev şəraitində müalicə alıram”.

Bu sözləri Reyting.az-a Milli Məclisin koronavirusa yoluxmuş deputatı Tahir Kərimli deyib.

T. Kərimli bildirib ki, özünü yaxşı hiss edir:

“Ümumi halsızlıq var. Əslində sxem eynidir. Testi pozitiv çıxan həmkarlarımızla əlaqə saxlayırıq. Hamımız eyni cür müalicə alırıq. Görək necə olacaq...”.

“Müalicəni fərdi şəkildə həyata keçirirsiniz, yoxsa TƏBİB bu işlə məşğul olur” sualına cavabında deputat deyib ki, bu, şəxsin özündən asılıdır: “TƏBİB də nəsə edə bilər. Həkimi özümüz tapırıq, həmin həkim malicə edir. Başlanğıcda hərarət var idi. İndi bir az yaxşıyam”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}