14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
“Laçın dəhlizində Azərbaycan qanunları işləməlidir” - Deputat
Tarix: 13-09-2021 14:26 | Bölmə: Slayd
“Laçın dəhlizində Azərbaycan qanunları işləməlidir”

“Azərbaycanın müvafiq strukturlarının Qafan-Gorus yolunun bizim ərazimizdən keçən hissəsində post qurması və İran yük avtomobillərini yoxlaması qanuni prosedurdur. Bu addım beynəlxalq nəqliyyat yükdaşımalarının standartlarına tam uyğundur. Bu, Azərbaycan qanunlarına da cavab verir”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Xatırladaq ki, bu gün erməni mediası Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycan ərazisində keçən 21 kilometrlik hissəsində post qurduğunu, buradan keçən İran yük avtomobillərini yoxladığını, hətta tranzit haqqı aldığını bildirib.


R. Musabəyov

Rasim Musabəyov isə deyir ki, bu, tamamilə normal prosesdir: “Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov təklif edib ki, bundan sonra Azərbaycan Laçın dəhlizində gömrük məntəqəsi yaratsın. Düşünürəm ki, bu da yaxşı təklifdir və üçtərəfli razılaşmaya zidd deyil. Əslində buna da ehtiyac duyulur. Bəli, orada rus sülhməramlılar var və orada təhlükəsizliyi təmin edirlər. Azərbaycan isə oradan keçən yüklərə nəzarəti həyata keçirə bilər. Eyni zamanda avtomobillərin fotosu çəkilməlidir”.

Deputatın fikrincə, bu yolla İrandan keçən avtomobillərin Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olub-olmadığına nəzarət etmək mümkündür: “Bəli, bir çox hallarda onlar İrandan Ermənistan ərazisinə keçdikdən sonra Gorusa çatanda avtomobildəki İran nömrələrini çıxarır və hansısa nömrələr vuraraq Laçın dəhlizinə daxil olurlar. Amma aydındır ki, Laçın dəhlizinə girən iranlı sürücünün siması dəyişmir. Görəndə ki, bu, eyni avtomobildir, onu geri qaytarmaq lazımdır. Bu, tam qanuni prosesdir”.

R. Musbəyov əlavə edib ki, Laşın dəhlizində də Azərbaycan qanunları işləməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər