14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ağıllı ermənilər Artsaxın deyil, Ermənistanın hayındadılar...
Tarix: 16-10-2021 22:59 | Bölmə: Slayd
Ağıllı ermənilər Artsaxın deyil, Ermənistanın hayındadılar...
Vigen Xaçatryan

Ermənistan parlamentindəki müxalifət fraksiyanın nümayəndələri bəyanatla çıxış edib. Reyting.az xəbər verir ki, * @reartsakh-da yayılan bəyanatda deyilir:

“Biz “Vətəndaş sazişi” fraksiyasının deputatı Vigen Xaçatryanı anti-dövlət siyasəti apardığına görə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik”.

Vigen Xaçatryan da öz nözbəsində həmin bəyanata hətta bizim üçün də maraq doğuran belə bir reaksiya verib:

“Ermənistanın Artsaxsız gələcəyi yoxdur ideyasını irəli sürmək olduqca təhlükəlidir. Bizim ali məqsədimiz Artsax yox, Ermənistandır. O əraziləri Ermənistanın ərazisi hesab etməkdən söhbət belə gedə bilməz. Burada söhbət sadəcə oradakı ermənilərin həyatının Azərbaycanın tərkibində təhlükədə olub-olmamasından getməlidir”.

P.S. Nəhayət, ermənilərin də içində sağlam və praqmatik düşünən siyasətçilərin səsi eşidilməkdədir. Onlar 44 günlük müharibədən sonra kökündən dəyişmiş reallıqla barışmaqdan savayı yol görmürlər. Əminik ki, məhz Vigen Xaçatryan kimi düşünən ağıllı ermənilərn sayı günbəgün artacaqdır...




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}