14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiya yanvarda Ukraynaya hücum edə bilər - Fotolar
Tarix: 03-12-2021 23:32 | Bölmə: Slayd
Rusiya yanvarda Ukraynaya hücum edə bilər

Ukrayna-Rusiya gərginliyinin artdığı bir vaxtda rəsmi Kiyev diqqətçəkən açıqlamalar verib.

Reyting.az
-ın xəbərinə görə, Ukrayna Müdafiə naziri Oleksiy Reznikov Radada çıxışı zamanı kəşfiyyat hesabatlarına əsaslanaraq deyib ki, Rusiya Ukrayna sərhədləri yaxınlığına 94 mindən çox hərbçi toplayıb.

Müdafiə naziri bildirib ki, yanvar ayının sonunda Ukraynaya genişmiqyaslı hücm hazırlanır.

Rezinkov diqqətə çatdırıb ki, Ukrayna Rusiyanı belə bir addım atmağa təhrik etmir və hücum olacağı təqdirdə cavab verməyə hazırdırlar.



“Kəşfiyyatımız bütün ssenariləri, o cümlədən ən pisini təhlil edir”, - deyən Reznikov Rusiyada “qış hazırlığı dövrü”nün başladığını, Moskvanın isə Ukrayna ərazisi yaxınlığında təlimlər keçdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın ilhaq etdiyi Krımda və Ukraynanın şərqində separatçıların əlindəki bölgələrdə təxminən 100 min hərbçinin olduğu təxmin edilir.

Bu arada rəsmi Kiyevin narahatlığını ABŞ prezidenti Co Bayden də bölüşüb. Rusiyanın Ukrayna sərhədinə qoşun yeritməsindən sonra gərginliyin artması ilə bağlı məsələyə toxunan Bayden bildirib ki, ABŞ dövlət katibi Blinken Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sullivan avropalı və ukraynalı tərəfdaşları ilə sıx təmasdadırlar.



Xatırladaq ki, dünən Stokholmda ABŞ dövlət katibi Blinken ilə Rusiyanın XİN başçısı Lavrov görüşüb. Tərəflər Ukrayna məsələsini 30 dəqiqə müzakirə ediblər. İyun ayından bu yana ilk dəfə ABŞ və Rusiyanın yüksək dövlət rəsmilərinin bir araya gəldiyi görüşdən sonra fərqli açıqlamalar verilib.

Blinken görüş zamanı Lavrovu xəbərdar edib ki, Ukrayna ilə qarşıdurmaların ciddi nəticələri olacaq. Blinken əlavə edib ki, ABŞ həm Kiyevin, həm də Moskvanın 2014-cü ildə Minsk sülh razılaşması ilə üzərlərinə götürdükləri öhdəliklərin yerinə gətirilməsini istəyir.

NATO-nu ittiham edən Lavrov isə deyib ki, ittifaq Rusiyanı Rumıniya və Polşa sərhədlərinə yaxınlaşdırır, hücum üçün istifadə ediləcək raket-müdafiə sistemi qurur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}