Professor: “Azərbaycanın dözüm limitinin bitməsi Ermənistan üçün fəlakətli olacaq”
Tarix: 16-05-2022 18:19 | Bölmə: Slayd
Professor: “Azərbaycanın dözüm limitinin bitməsi Ermənistan üçün fəlakətli olacaq”
Qabil Hüseynli

“İrəvandakı müxalifət nümayəndələrinin böyük əksəriyyəti zamanında hakimiyyətdə olan və erməni xalqına divan tutan “Qarabağ klanı”nın nümayəndələridir. Amma ətraflarına 5 mindən artıq adam toplaya bilmirlər. İlkin dövrdə onları Rusiya müdafiə edirdi, Ermənistandakı Rusiya hərbi bazalarından onlara dəstək verilirdi. Artıq bu dəstək də tükənmək üzrədir. Çünki Rusiyanın vəziyyəti göz qabağındadır”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli Ermənistanın paytaxtında iki həftədən çoxdur ki, davam edən revanşist müxalifətin etiraz aksiyaları və Azərbaycanla mümkün sülh müqaviləsindən danışarkən deyib.

Professor əmindir ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın hazırki vəziyyətə düşməsinə sevinən insanlardan biridir:

“Hesab edirəm ki, Nikol Paşinyan Qərb siyasətini yürütməyə, eyni zamanda Azərbaycanla dil tapmağa çalışacaq. Üstəlik, əli azərbaycanlı və ermənilərin qanına batmış Serj Sarksiyanı, Robert Köçəryanı, Seyran Ohanyanı və Ovenasiyanı dama soxacaq. Nikol onların müqavimətini tam olaraq qırmaq üzrədir. Bu gün Paşinyan bütövlükdə Ermənistana tam nəzarət edir”.

Q. Hüseynlinin fikrincə, bu il ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər: “Sülh müqaviləsi imzalanmalıdır, imzalanacaq da. Açığı, Ermənistan da anlayır ki, sülh müqaviləsini uzatmaq mənasızdır. Bundan sonra Rusiyanın hansısa formada Ermənistanın köməyinə gələcəyinə inam yoxdur. Üstəlik, Azərbaycanın da dözüm limitini bitirmək üzrədir. Başqa cür olarsa, Azərbaycan tarixi məsələləri ön ölana çəkərək müharibəyə başlayacaq. Bu da Ermənistan üçün fəlakətli olacaq. Odur ki, Ermənistan üçün indiki mərhələdə sülh müqaviləsini imzalamaq ən optimal çıxış yoludur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}