Professor: “İsveç çalışacaq ki, cinayətkarları Türkiyəyə verməsin və...”
Tarix: 18-05-2022 18:14 | Bölmə: Slayd
Professor: “İsveç çalışacaq ki, cinayətkarları Türkiyəyə verməsin və...”

“Türkiyənin mövqeyi tamamilə düzgündür. PKK-çılar İsveçdə oturub və bu dövlət terrorçulara hər cür şərait yaradıb. Finlandiyada isə PKK-çılar azdır, onların əsas yeri Stokholmdur. Türkiyə prezidenti Ərdoğanın çıxışından sonra PKK-nın bayrağı paytaxt Stokholmdakı körpüdən asıldı və atəşfəşanlıq etdilər. Ona görə ki, İsveç terrorçuların Türkiyəyə ekstradisiyasından imtina etdi. Hazırda İsveç Türkiyəyə nümayəndə heyəti göndərir. Prezident Ərdoğan da bildirib ki, İsveçdən nümayəndə heyətinin gəlməsinə ehtiyac yoxdur, çünki bu məsələdə fikir dəyişməyəcək”.

Bunu Reyting.az-a açıqlamasında professor Cümşüd Nuriyev deyib.

Türkiyə prezidenti Ərdoğanın PKK/YPG terror təşkilatlarına şərait yaradan İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyinə qarşı çıxmasını şərh edən professor bildirib ki, Türkiyə prezidenti haqlı mövqedədir.

C. Nuriyevin ehtimalına görə, bu məsələdə iki proses müşahidə oluna bilər:

“Birinci variant Türkiyənin öz maraqlarıdır. Bunu İsveç təmin etməyəcək. Nə mənada? İsveç çalışacaq ki, cinayətkarları Türkiyəyə təhvil verməsin. Türkiyə də veto hüququndan istifadə edərək onun NATO-ya daxil olmasının qarşısını kəsəcək və proses uzanacaq.

Amma bunun əvəzində Türkiyə Rusiyaya başqa bir təklif verə bilər. Yəni Türkiyə bu iki ölkənin NATO-ya daxil olmasını əngəlləyir, Rusiya da ya Ermənistanı beynəlxalq sülh sazişi bağlamağa məcbur edir, ya da bu alınmırsa, Türkiyə ordusu Qarabağda yerləşir. Zənnimcə, bu variant da istisna olunmur”.

Professor diqqətə çatdırıb ki, Türkiyə NATO ilə bağlı addımları öz maraqları çərçivəsində atsa da, bu, Rusiyanın işinə yarayır: “Rusiya da bu halda Finlandiya ilə sərhəd məsələsini həll edə bilər. Əslində mən arzulayıram ki, Rusiya Finlandiya və Moldovaya da girsin. Bu şəkildə davam etsə, Rusiya məğlub olacaq. Rusiya saytlarını və müxalifətin çıxışlarını analiz etdikdə adama elə gəlir ki, iyun ayında Moskvada nələrsə baş verəcək. Bu mənada Rusiya Finlandiyaya, Moldovaya girsə və “tələyə” nə qədər çox düşsə, bir o qədər yaxşıdır”.

Nuriyevin fikrincə, indiki halda rəsmi Ankaranın mövqeyi doğrudur: “Amma Türkiyə öz haqqını qoruyur və tələb edir. Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür, amma Avropa Birliyinə qəbul etmirlər. Hətta Albaniyanı da qəbul ediblər, Ukraynanı isə buna hazırlayırlar. Odur ki, Türkiyənin NATO-dan, elə Avropa Birliyindən də incimək haqqı var. Düşünürəm ki, Türkiyə xarici siyasətdə yaranan fürsətləri doğru qiymətləndirir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}