00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Türk “Akıncı” PUA-sı Bakıya uçub - Ərdoğan Azərbaycana gəlir
Tarix: 21-05-2022 23:06 | Bölmə: Slayd
Türk “Akıncı” PUA-sı Bakıya uçub - Ərdoğan Azərbaycana gəlir

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları (PUA) Gürcüstandan keçərək Bakıya enib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin "Twitter" hesabında paylaşım edilib.

Paylaşımda deyilir ki, “Akıncı” təyyarələri üç ölkənin ərazisində keçərək təxminən 2 min km yol qət edib. 

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bildirib ki, birinci təyyarə səhər Bakıya yola düşüb: "İkinci yoldadır. Təyyarələrdən sonra biz də tezliklə “TEKNOFEST Azərbaycan"a gələcəyik”.

Xatırladaq ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək.

Bu münasibətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya gələcək.




Bölməyə aid digər xəbərlər