00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Bakıda “Texnofest-2022” festivalına hazırlıqlar davam edir
Tarix: 23-05-2022 11:46 | Bölmə: Slayd
Bakıda “Texnofest-2022” festivalına hazırlıqlar davam edir

Bakıda baş tutacaq “Texnofest-2022” festivalına hazırlıqlar çərçivəsində qırıcı təyyarələrin uçuşu həyata keçirilir.

Reyting.az
xəbər verir ki, hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları - “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edirlər.

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi əraziyə baş çəkib.

O, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib.

General həmçinin "Batraktar Tb2" və "Akıncı" pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.

Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək.




Bölməyə aid digər xəbərlər