00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Ukrayna ilə müharibə Putinin hakimiyyətdən getməsi ilə nəticələnəcək - Professorun şərhi
Tarix: 24-05-2022 12:41 | Bölmə: Slayd
Ukrayna ilə müharibə Putinin hakimiyyətdən getməsi ilə nəticələnəcək - Professorun şərhi

“Rusiya-Ukrayna müharibəsinin üçüncü ayı tamam olub. Çoxları ehtimal edirdi ki, Rusiya qısa müddətdə Ukraynanı işğal edib, Kiyevdə hərbi parad keçirib, Qərbi qorxuda biləcək. Amma tam əksi baş verdi və Ukrayna ordusu üç aydır ki, müqavimət göstərir. İndi müharibənin necə başa çatacağı, son və qəti nəticə barədə düşünürlər”.

Bu sözləri Reyting.az-a Rusiya-Ukrayna savaşını şərh edən professor Əli Abbasov deyib.

Ə. Abbasovun fikrincə, hazırda rus ordusunun Donbasda irəliləmək imkanı yaranıb, amma irəliləməyin nə qədər mümkün olduğunu heç kim bilmir:

“Hazırda rusların mobilizasiyadan istifadə edib-etməyəcəyi bəlli deyil. Çoxları bunu gözləyir. Mən isə ehtimal edirəm ki, müəyyən müddətdən sonra Rusiyada prezident Vladimir Putinə qarşı hansısa hərəkətlər başlayacaq. Düşünürəm ki, müharibənin bir nəticəsi də Putinin özü ilə bağlı ola bilər”.


Ə. Abbasov

Hazırda Rusiyada çoxluğun prezident Putini dəstəkləməsinə gəldikdə, professor deyib ki, belə də olmalıdır: “Amma indi Rusiyadakı ağıllı adamlar görürlər ki, Ukrayna ilə müharibə rus dövlətinə müsbət heç nə vermir. Ona görə də Putinə qarşı çıxan qüvvələr, onun ətrafı görür ki, dəyişiklik olmalıdır. Daha doğrusu, Putinin hakimiyyətdən getməkdən başqa yolu yoxdur”.

Ə. Abbasov əlavə edib ki, indiki atmosferdə Putini hakimiyyətdən yola salacaq fiqur görünmür: “Çünki Rusiyanın ələ başqa imkanları var. Bir azdan bu imkanlar da tükənəcək. Amma indi ruslar nə qədər tez hərəkətə keçsələr, bir o qədər Rusiyanın xeyrinə olardı. Fikrimcə, Ukrayna müharibəsi Putini hakimiyyətdən aparacaq. Müharibəni dayandırmaq üçün onu başlayan lider hakimiyyətdən getməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər