00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Azərbaycan və Ermənistan arasında dialoq başlayıb - Baş nazirlərin müavinləri görüşüb
Tarix: 24-05-2022 19:09 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan arasında dialoq başlayıb - Baş nazirlərin müavinləri görüşüb

Əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Reyting.az
-ın Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinə istinadla verdiyi məlumata görə, bu gün reallaşan görüşdə tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiqləyiblər.

Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.

Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.




Bölməyə aid digər xəbərlər