00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Ukrayna Azərbaycan Ordusunun Qarabağdakı taktikasından istifadə etməyə başlayıb
Tarix: 25-05-2022 17:39 | Bölmə: Slayd
Ukrayna Azərbaycan Ordusunun Qarabağdakı taktikasından istifadə etməyə başlayıb

30 il ərzində işğal altında olan ərazilərini azad etmək üçün Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi bir sıra ölkələrin milli müdafiə institutları üçün əsl yenilik olub. Azərbaycan Ordusunun müasir hərbi texnologiyalardan, dronlardan istifadə etməsi artıq bir sıra ölkələrin maraqlandığı yeni mövzu deyil. ABŞ-ın populyar “Forbes” nəşri bu mövzunu yenidən gündəmə gətirib, son illər pilotsuz uçuş aparatlarının (PUA) müharibələrdə əhəmiyyətini, Azərbaycan Ordusunun müasir hərbi texnologiyalardan və taktikadan istifadəsini nümunə göstərib.

Hərbi ekspert Azad İsazadə Reyting.az-a deyib ki, Azərbaycan Ordusunun müasir hərb sisteminə uyğun olaraq XXI əsr müharibəsi aparması heç kimdə şübhə yaratmır.

A. İsazadənin sözlərinə görə, əslində Qarabağ müharibəsinə qədər bir sıra ölkələrdəki döyüşlər zamanı dronlardan istifadə edilib, amma Qarabağ savaşında dronlarla yanaşı bütün hərbi imkanlar kompleks tətbiq olunub:

“Əslində son zamanlar PUA-lar gündəmi təşkil edir, amma ümumilikdə söhbət komplesk müharibədən gedə bilər. Əlbəttə, dronlar vasitəsilə əməliyyatdan bəhs olunması mümkündür. Dronlar mövqedə olan tank və digər zirehli texnikanı, həmçinin artilleriya sistemlərini məhv edir. Bundan sonra manevr etməyi bacaran xüsusi təyinatlı qruplar prosesə müdaxilə edərək əraziləri işğalçılardan təmizləyir və piyada qoşun əraziyə daxil olur. Əlbəttə, bu əməliyyatda digər texnikalardan da istifadə edilib”.

Liviyada, Suriyada, İraqda və s. ölkələrdə də dronlardan istifadə olunduğunu xatırladan A. İsazadə bildirib ki, müasir müharibənin ayrı-ayrı elementlərindən, həm də kompleks halda, üstəlik, dəqiq vuran artilleriya və tankların istifadəsinə ilk dəfə Azərbaycan başlayıb. XXI əsrdə ilk dəfə yeni texnologiyalar və yeni prinsiplər məhz Azərbaycanda istifadə olunub.

Hərbi ekspert diqqətə çatdırıb ki, miqyası daha geniş, amma tam müharibəyə hazır olmayan Ukrayna tərəfi indi Azərbaycan Ordusunun Qarabağdakı taktikasından istifadə etməyə başlayıb: “Dronlardan da istifadə olunur. Hətta mülki dronlardan da. Eyni zamanda xüsusi təyinatlı qüvvələr rus ordusunun arxasından kolonları məhv edir, kommunikasiyaları kəsməklə praktik olaraq Kiyevdən təhlükəni sovuşdura bilib. Rus ordusu isə əsasən II Dünya müharibəsi təcrübəsindən yararlanır, artilleriya və quru qoşunlarını irəli atır. Yəni Qarabağda aparılan müasir müharibə və bu müharibədə ən son texnologiyalardan istifadə başqaları üçün nümunə olub”.

A. İsazadənin sözlərinə görə, Azərbaycan Qarabağdakı müharibədə dünyaya göstərdi ki, dəqiq zərbələrlə və peşəkar xüsusi təyinatlı qüvvələrlə hansı hərəkətləri və nəticələri ortaya qoymaq mümkündür. “Məhz Qarabağ savaşından sonra dünyada PUA-lara diqqət birə beş artdı və onun istehsalı haqqında daha çox düşünməyə başladılar”,- deyə hərbi ekspert əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər