00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Rusiyanın itkiləri artır - Putin Ukrayna ilə dialoqa hazır olduğunu bildirir
Tarix: 28-05-2022 18:44 | Bölmə: Slayd
Rusiyanın itkiləri artır - Putin Ukrayna ilə dialoqa hazır olduğunu bildirir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya ordusu son 24 saatda ölən 250 əsgər də daxil olmaqla, indiyədək 30 min hərbçi itirib.

Reyting.az
xəbər verir ki, Ukrayna Baş Qərargahının açıqlamasına görə, 24 fevral-28 may tarixləri arasında Rusiya ordusunun ümumilikdə 30 min hərbçisi, 207 təyyarəsi, 174 helikopteri, 1330 tankı, 3 min 258 zirehli texnikası, 628 topu, 203 reaktiv yaylım atəşi qurğusu məhv edilib. Ruslara məxsus 93 hava hücumundan müdafiə sisteminin də sıradan çıxarıldığı bildirilir.

Rusiya qüvvələrinə məxsus 2226 avtomobilin, 13 gəminin, yüngül sürət qayıqlarının və 503 pilotsuz uçuş aparatının məhv edildiyi verilən məlumatlar sırasındadır. Eyni zamanda, rusların atdığı 116 qanadlı raketin Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurulduğu iddia olunur.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada isə Ukraynada 1351 rus əsgərinin öldüyü bildirilib.

Ukrayna Baş Prokurorluğunun açıqlamasında qeyd olunur ki, Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 242 uşaq həyatını itirib, 440 uşaq yaralanıb.

Hazırda Rusiya ordusu Donbasda qanlı müharibəni davam etdirir. Rusiya Müdafiə Nazirliyi kiçik Liman şəhərini aldığını bəyan edib.

Rusiya ordusunun Donbasda irəlilədiyi bir vaxtda prezident Putin Ukrayna ilə dialoq və danışıqlar mövzusunda açıqlamalar verib. Putin Fransa prezidenti Makron və Almaniya kansleri Şoltsla telefon danışı zamanı deyib ki, Ukrayna ilə dialoqu bərpa etməyə hazırdırlar.

Məlumata görə, Rusiya tərəfi Qara dəniz limanlarından Ukraynanın taxıl ixracına imkan yaratmağa da hazır olduğunu bildirir.

Putin eyni zamanda Qərbin Ukraynaya hərbi göndərişlərinə qarşı xəbərdarlıq edib.

G7 ölkələri bildirirlər ki, Ukrayna-Rusiya müharibəsi bəzi ölkələri ərzaq və enerji böhranı ilə təhdid edir, bu səbəbdən də Ukrayna anbarlarında olan təxminən 40 milyon ton taxılın ixracının həll yolu tapılmalıdır.

Azov dənizi və Qara dənizdəki bir çox limanın Rusiyanın blokasında olması və ya zədələnməsi, sığortanın olmaması, daşımanın bahalığı və bəzi gəmilərin döyüş bölgəsinə doğru marşrutlardan istifadə etməyə üstünlük verməməsi ixraca mane olur.




Bölməyə aid digər xəbərlər