00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Türk ordusu yeni əməliyyata hazırlaşır - Rusiya bitərəf qalsa da, ABŞ bölgəyə hərbçi göndərir
Tarix: 28-05-2022 20:48 | Bölmə: Slayd
Türk ordusu yeni əməliyyata hazırlaşır - Rusiya bitərəf qalsa da, ABŞ bölgəyə hərbçi göndərir

Türkiyə prezidenti Ərdoğanın Suriyada yeni əməliyyat barədə xəbərdarlığı ABŞ-ı bu istiqamətdə hərəkətə sövq edib. ABŞ 3 il əvvəl tərk etdiyi və PKK-çıların çoxluqda olduğu Kobanidəki bazalarına qayıdır. Bundan başqa, PKK/YPG-nin işğalı altında olan bölgələrə silah və hərbi maşınların daşınması sürətlənib.

Reyting.az
xatırladır ki, 2019-cu ildə “Sülh çeşməsi” əməliyyatından sonra PKK terrorçularını Türkiyə sərhədindən çıxaracağını vəd edən ABŞ rəsmi Ankaranın “yeni əməliyyat” açıqlaması ilə sanki panikaya düşüb. Bu səbəbdən də “Sülh çeşməsi” əməliyyatından əvvəl ruslara ötürdüyü PKK bölgəsindəki bazalarına dönmək məcburiyyətində qalıb.

Yeni əməliyyat mesajları Suriyada həm diplomatiyanı, həm də hərbi sahəni aktivləşdirib. Pentaqonun sözçüsü Con Kirbinin və ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın “Suriyanın şimalında artan potensial hərbi fəaliyyətlər və xüsusilə də buradakı mülki əhaliyə təsiri ilə bağlı hesabat və müzakirələrdən dərin narahatıq” ifadəsindən sonra, Vaşinqtonun PKK-nın Suriya qolu YPG ilə əlaqə saxladığı ortaya çıxıb.

ABŞ-ın Suriyadakı sahə ünsürləri də səfərbər olunur. İraq üzərindən PKK/YPG-nin işğalı altında olan bölgələrə silah və hərbi maşınların daşınması sürətlənib. Vəlid qapısından Suriyaya daxil olan onlarla yük maşını və tanker terror təşkilatının işğalı altında olan Hasekeyə çatıb. Görüntüləri rejimin mətbuat orqanlarında dərc olunan karvanda zirehli texnika, hərbi sursat və digər texnikalar var.



ABŞ-ın hərəkətliliyi bununla məhdudlaşmır. 2019-cu ildə ABŞ əsgərləri Rusiya qüvvələrinin ixtiyarına buraxaraq geri çəkildiyi bazalara qayıtmağa başlayıb. Bu bazalardan biri də Türkiyənin mümkün hədəfləri arasında olan Ayn əl-Ərəbin (Kobani) cənubundakı Xarab Aşik bazasıdır. Bu bazaya logistika avadanlıqları və texniki işçilər göndərilib.

Rusiyanın Suriyadakı mövcudluğu ilə bağlı açıqlama verən xarici işlər naziri Sergey Lavrov ABŞ qoşunlarının Fərat çayının şərq sahilinin böyük hissəsini işğal etdiyini bildirib. Lavrov deyib ki, ABŞ orada qondarma dövlət qurmağa çalışır, parçalanmanı dəstəkləyir.

Türkiyə təbii ki, bunlara biganə qala bilməz. Lavrovun bu fikirləri faktiki olaraq rəsmi Kremlin Türkiyənin yeni Suriya əməliyyatına mane olmayacağı, habelə Bəşər Əsəd rejiminin də bu prosesi kənardan izləməyə hazır olması mesajı sayıla bilər.

Analitiklərin dediyi kimi, prezident Ərdoğanın yeni əməliyyat siqnalı Rusiyada xoş qarşılandığı halda, ABŞ-da narahatlıq yaradır.

Məlumata görə, PKK Suriyanın şimalında saxladığı insanlar üçün hücrələr hazırlayır. ABŞ və Rusiyanın üzərinə götürdüyü öhdəliklərə baxmayaraq Türkiyə sərhədindən geri çəkilməyən PKK terrorçuları Mənbic və Ayn əl-Ərəbdə (Kobani) tutduqları ərazilərdə tunellər qazırlar. PKK-nın saxladıqları şəxslər üçün yerin 4 metr altında tikdirdiyi tunellər zindanlarla doludur. Hündürlüyü 2 metr, eni 1 metr olan tunellər və hücrələr nümayiş etdirilib. Tunellərdəki hücrələr çəngəlli polad qapılarla təchiz olunub. İçəridə havalandırma boşluqları da var. Müxtəlif bölgələrdəki yüzlərlə kilometr tunellər də hava hücumlarına qarşı betonla möhkəmləndirilib. PKK terrorçuları da hərbi əməliyyatlara, sızmalara və qəfil hücumlara müqavimət göstərmək məqsədilə sərhəd xəttinə yaxın ərazilərdə tunellər qazırlar. Tunellərin tikintisində mülki şəxslər çalışır. Ötən illərdə “Zeytun Budağı” və “Sülh çeşməsi” əməliyyatları ilə PKK-dan təmizlənən ərazilərdə çoxlu tunellər aşkar edilib.




Bölməyə aid digər xəbərlər