00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Britaniya mətbuatı: “Həkimlər Putinin 3 il yaşayacağını bildiriblər”
Tarix: 30-05-2022 17:11 | Bölmə: Slayd
Britaniya mətbuatı: “Həkimlər Putinin 3 il yaşayacağını bildiriblər”

Rusiya prezidenti Vladimir Putin səhhətindəki problemlərlə də diqqət cəlb edir. Reyting.az-ın məlumatına görə, İngiltərə mətbuatı adı açıqlanmayan rus agentinə istinadla Putinin xərçəng xəstəliyinə tutulması ilə bağlı iddiaları yenidən gündəmə gətirib.

“Mirror” qəzeti iddia edir ki, həkimlər Rusiya liderinin maksimum 3 il yaşayacağını bildiriblər.

Britaniya mətbuatının iddiasına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti deyib və təhlükəsizlik baxımından onun adı gizli saxlanılır.

Qeyd olunur ki, Putinin görmə qabiliyyəti də ciddi şəkildə zəifləyir.

Xatırladaq ki, Rusiyanın müxalif araşdırma platforması olan “Proekt” daha əvvəl dərc edilən sənədlərdə Putini səfərləri zamanı ən azı 5 fərqli həkimin müşahidə etdiyini açıqlayıb.

Həmin sənədlərdə “Qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov heç vaxt Rusiya liderinin yanından ayrılmır”,- yazılıb.

Rusiyada nəşrinə qadağa qoyulan “Proekt”in dərc etdiklərini Kreml təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov “Proekt”in yazıdıqlarını “fantaziya” adlandırıb.

Britaniya mətbuatının yazdığına görə, Vladimir Putin öləcəyi təqdirdə onu əvəzləyəcək ən güclü namizəd Mixail Mişustindir. Rusiyanın baş naziri olan Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.

Putini əvəzləyəcək şəxslər arasında Moskva meri Sergey Sobyaninin və 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşevin də adı hallanır.




Bölməyə aid digər xəbərlər