00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Neftin qiyməti yenidən artır: bunun müsbət və mənfi tərəfləri nə ola bilər?
Tarix: 31-05-2022 13:02 | Bölmə: Slayd
Neftin qiyməti yenidən artır: bunun müsbət və mənfi tərəfləri nə ola bilər?

Dünya bazar neftin qiymətində yenidən kəskin artımlar qeydə alınıb. Yalnız may ayında Brent markalı neftin qiyməti 17 faiz artaraq hər barel üçün 105 dollaran 123 dollaradək yüksəlib.

Reyting.az
-ın məlumatına görə, Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, “qara qızıl”ın qiymətindəki artımlar Çində karantin qaydlarının yumşalması və Brüsseldə Avropa İttifaqının Rusiya neftindən imtina müzakirələri ilə əlaqədardır. Eyni zamanda neftə qlobal tələbin artması kontekstində dünya bazarında təklifin azalacağı tərəddüdləri də birjalara təsirsiz ötüşmür.

V. Bayramov Dövlət Gömrük Komitəsinin məlumatına əsaslanaraq əlavə edib ki, Azərbaycan 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir.


V. Bayramov

2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə aldıqda, neftin illik orta qiyməti yüksək olarsa, bu, Dövlət Neft Fonduna daxilolmaları artıracaq və Azərbaycanın valyuta ehtiyatları çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir.

Bununla yanaşı, neftin qiymətindəki kəskin artımlar neft bazarı üçün potensial risklər formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir.

“Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”,- deyə V. Bayramov əlavə edib.




Bölməyə aid digər xəbərlər