00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Rus qoşunları Ukraynanın daha bir şəhərinə daxil olub, küçə döyüşləri gedir
Tarix: 31-05-2022 13:18 | Bölmə: Slayd
Rus qoşunları Ukraynanın daha bir şəhərinə daxil olub, küçə döyüşləri gedir

“Təəssüf ki, cəbhə xətti Severodonetsk şəhərini iki hissəyə ayırır. Amma buna baxmayaraq Severodonetsk hələ də özünü müdafiə edir, hələ də Ukrayna şəhəridir”.

Reyting.az
xəbər verir ki, bunu Severodonetsk şəhər bələdiyyəsinin rəhbəri Aleksandr Striuk Ukrayna telekanalına deyib.

A. Striuk bildirib ki, küçə döyüşləri davam etdiyi üçün şəhərin mülki əhalisinin təxliyəsi dayandırılıb.

Luqansk Regional Hərbi Administrasiyanın rəhbəri Sergey Hayday isə “BBC Radio 4”ə deyib ki, şəhərdə vəziyyət ağırdır.

S. Haydayın sözlərinə görə, Rusiya qüvvələri şəhərə bir çox istiqamətdən hücum edir:

“Təəssüf ki, artıq şəhərə daxil olublar. Orada vəziyyət ağırdır”.

Rusların təcili tibbi yardım maşınına atəş açdıqların deyən S. Hayday əlavə edib ki, həkimlərə nə olduğundan xəbərsizdirlər:

“Telefonlarına cavab vermirlər. Xəstəxana dağıdılıb. Vəziyyət çox çətindir”.

Hayday Ukrayna qüvvələrinin şəhəri tərk etmədiyini, küçə döyüşlərinin davam etdiyini bildirib.




Bölməyə aid digər xəbərlər