00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
Tarix: 31-05-2022 13:28 | Bölmə: Slayd
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Rusiya mətbuatı Kremlə istinadla bildirir ki, prezidentlər telefon söhbəti zamanı Qarabağla bağlı sazişlərin icrasını, ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məlumata görə, V. Putin və İ. Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da dərinləşdirmək niyyətlərini təsdiqləyiblər.

Qeyd olunur ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin yerinə yetirilməsi məsələsinə baxılıb, regionda sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi ilə bağlı konkret məsələlərin həlli diqqət mərkəzində olub.

Bundan əlavə, dövlət başçıları müxtəlif səviyyələrdə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər