00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Həbsdəki keçmiş vəzifəli şəxslər ev dustaqlığına buraxılıblar - Foto
Tarix: 31-05-2022 13:58 | Bölmə: Slayd
Həbsdəki keçmiş vəzifəli şəxslər ev dustaqlığına buraxılıblar

Göyçay rayon icra hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Reyting.az
xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi vəkillərin vəsatətlərini əsaslı hesab edib.

Məhkəmənin qərarı ilə Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı APA-ya təsdiqləyiblər. Bildirilib ki, hazırda iş üzrə istintaq davam etdirilir.



Xatırladaq ki, hər iki vəzifəli şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən yoxlama tədbirləri nəticəsində tutulub. Vahid İsayev və Rəşad Şükürov Göyçay Rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilirlər.




Bölməyə aid digər xəbərlər