00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Rusiya NATO ölkəsinin müdafiə nazirini oğurlaya bilər
Tarix: 31-05-2022 18:01 | Bölmə: Slayd
Rusiya NATO ölkəsinin müdafiə nazirini oğurlaya bilər
NATO ölkələrinin müdafiə nazirləri

Rusiya parlamentinin hakim “Vahid Rusiya” partiyasından olan deputatı Oleq Morozov canlı yayımda beynəlxalq aləmdə növbəti böhrana səbəb olacaq açıqlama verib.

Reyting.az
-ın məlumatına görə, parlamentdə Rusiya prezidenti Vladimir Putinin partiyasını təmsil edən Morozov “Rossiya-1” dövlət kanalında yayımlanan “60 dəqiqə” verilişində deyib ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi ölkəsi üçün böyük təhlükədir və bu səbəbdən Moskva hərbi məqsədlərini yenidən nəzərdən keçirə bilər.

30 ilə yaxındır deputat mandatı daşıyan Morozov təklif edib ki, bu təhlükəyə qarşı Türkiyənin də daxil olduğu NATO ölkələrindən birinin müdafiə naziri qaçırılmalıdır.


Oleq Morozov

Ukraynaya səfər edən hansısa NATO ölkəsinin müdafiə nazirinin Moskvaya qaçaq yolla gətirilə və Ukraynaya verilən silahlarla bağlı sorğu-sual oluna biləcəyini deyən Morozov diqqətə çatdırıb ki, bu, fantastik plan ola bilər: “Həmin nazir Kiyevə görüşmək üçün gedir. Amma ora çatmaya və gözlərini Moskvada açar bilər”.

Morozov əlavə edib ki, müdafiə nazirini qaçırmaqla hansı əmrin verildiyini, kimin nədə məsul olduğunu öyrənmək mümkündür: “O qədər də xəyali deyil. İndi dünyada yeni qaydalar var. Kiyevdə toplaşan bütün müharibə nazirləri Moskvada oyanmağın necə olacağını düşünməlidirlər”.

Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra bir çox Qərb rəsmiləri, o cümlədən ABŞ-ın müdafiə naziri Lloyd Ostin, xarici işlər naziri Antoni Blinken və Finlandiyanın Baş naziri Sanna Marin Kiyevə səfər ediblər.




Bölməyə aid digər xəbərlər