00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Rus polkovniklərin gizli səs yazısı ələ keçirilib - Putin və Şoyqu ittiham olunur
Tarix: 01-06-2022 17:58 | Bölmə: Slayd
Rus polkovniklərin gizli səs yazısı ələ keçirilib - Putin və Şoyqu ittiham olunur

Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyətləri artır. Rus xalqının müharibə ilə bağlı narahatlıqları artıq onun ordusuna da öz təsirini göstərir.

Reyting.az
xəbər verir ki, Ukrayna təhlükəsizlik xidmətlərinin ələ keçirdiyi gizli səs yazıları Rusiya ordusunda xaosun göstəricilərindən biri sayılır.

Ukrayna kəşfiyyatının əldə etdiyi gizli telefon danışığında iki rus polkovniki Rusiya ordusunun dağılmasını təsvir edir, prezident Putin və müdafiə naziri Sergey Şoyqunu lənətləyir.

Rus ordusunda etirazlar artır

Səs yazılarının 42 yaşlı Maksim Vlasova və 47 yaşlı Vitali Kovtuna aid olduğu bildirilir. Telefon danışığında Rusiyanın Ukraynadakı ciddi itkilərinə işarə edilir.

İddialara görə, Ukrayna xüsusi xidmət orqanları tərəfindən dinlənilən şəxsi telefon söhbətində tənqid və söyüşlər ordunun yuxarı dairələrində müharibə ilə bağlı etirazların olduğunu göstərir.



Telefonla danışan Rusiya ordusunun polkovnikləri prezident Putini Ukrayna parlamentini və digər mühüm yerləri bombalamadığı üçün səriştəsizlikdə ittiham edirlər.

...Lənətə gəlmiş Putin!

Polkovnik Kovtun bildirir ki, Putin Kiyevdəki parlament binası da daxil olmaqla, Zelenski hökuməti ilə əlaqəli əsas nöqtələrin raketlə məhv edilməsi əmrini verməməklə yanlışlıq edib. Onun sözlərindən belə anlaşılır ki, Rusiyada buna görə yüksək səviyyəli hərbi qəzəb var.

“Kiyevi, Ali Radanı vuran Rusiya raketi olmalı idi. Niyə olmadı? Niyə? Mən başa düşmürəm, lənətə gəlmiş Putin!”,- pokovnik telefon danışığında deyir.

Polkovnik: “Şoyqu əclafdır!”

Polkovnik Vlasov isə müdafiə naziri Şoyqunu tamamilə səriştəsiz kimi xarakterizə edir.

Kovtun dostu Vlasova deyir: “Şoyqu adicə əclafdır! Kifayət qədər müqaviləli əsgər yoxdur”.

Polkovniklər çıxışlarında əsgərlərə ayda cəmi 30 min rubl maaş verilməsini də sərt tənqid edilir. Müharibədən əvvəl bu məbləğin 300 min olacağı deyilirmiş.

Telefon danışığı zamanı müdafiə naziri Şoyqu həm də vaxtilə rəhbərlik etdiyi Rusiya Fövqəladə Hallar Nazirliyinin zabitlərini ətrafına topladığı üçün tənqid hədəfinə çevrilir. “O, heç vaxt orduda xidmət etməyib”,- polkovnik Vlasov Şoyquya qəzəblənir.

“General Dvornikov uğursuz əclafdır”

Müharibədəki uğursuzluqlardan sonra Putin tərəfindən yeni vəzifəyə təyin edilən 60 yaşlı “Suriya qəssabı” ləqəbli general Aleksandr Dvornikov da sərt tənqidə tuş olur. Dvornikovu axmaq adlandıran iki polkovnik general haqqında “uğursuz əclaf” ifadəsini işlədirlər.



“Əvvəlcə öz adamlarımızın çoxunu öldürürük, sonra daha çox adamlarımızı öldürmələrini gözləyirik”,- deyən polkovniklər ağır söyüşlərdən istifadə edərək söhbətlərini davam etdirirlər.

Polkovniklər deyirlər ki, Rusiya hədəfləri vura bilməsə belə, Ukraynanı bombalamağı dayandırmamalı və qorxu yaratmaq üçün mülki hədəfləri vurmaqda davam etməliydi.

Qeyd edək ki, bu telefon danışığının tarixi bəlli deyil, ancaq Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyserinin aprelin 14-də Ukraynanın raket hücumu nəticəsində batmasından sonra olduğu təxmin edilir.



Çünki Kovtun çıxışının bir yerində “Kreyseri məhv etdilər, kreyseri batırdılar. Bəs niyə qisas almaq üçün onları güllələməyək?”,-deyir.

Rus ordusunun ciddi itkiləri var

Polkovniklər rus ordusunun müharibədəki itkilərindən də söz açır və itkilərin dəhşətli olduğunu bildirirlər.

Onu da xatırladaq ki, Rusiya Ukrayna ilə müharibədəki itkilərini açıqlamaqdan yayınır. Kiyev və Qərb mənbələrinə görə isə, Rusiyanın 30 min civarında canlı qüvvə itkisi var.

Reyting.az




Bölməyə aid digər xəbərlər