00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Bakıdakı sığınacaqda uşaqlar fiziki zorakılığa məruz qalıb - Yenilənib
Tarix: 02-06-2022 10:05 | Bölmə: Slayd
Bakıdakı sığınacaqda uşaqlar fiziki zorakılığa məruz qalıb

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki sığınacaqda monitorinq keçirilib. Müxtəlif dövlət orqanlarının iştirakı ilə (Mayın 10-da) keçirilmiş monitorinq zamanı uşaqların bədənində xəsarət izləri aşkarlanıb və faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Prokurorluğun məlumatına görə, aparılmış araşdırmalarla, qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın adı məlum olub.


Məlumata görə, bu, "Sevgi Evi" qadın və uşaq sığınacağıdır.

Sığınacağın təşkilatçısı isə Könül Qasımovadır.

Məsələ ilə bağlı "Report" "Sevgi Evi" qadın və uşaq sığınacağı ilə əlaqə saxlayıb. Özünü sığınacağın rəhbəri kimi təqdim edən şəxs bu barədə danışmaq istəmədiyini, hər şeyin qaydasında olduğunu söyləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər