00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Ərdoğan 23 ölkədəki səfiri geri çağırıb
Tarix: 02-06-2022 10:28 | Bölmə: Slayd
Ərdoğan 23 ölkədəki səfiri geri çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 25 ölkədə yeni səfir təyinatına imza atıb, 23 ölkədəki səfiri geri çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin “Resmi gazete”si məlumat yayıb.

“Resmi gazete” bildirir ki, Ərdoğanın sərəncamları ilə NATO-ya üzvlük üçün müraciət edən və Ankara ilə fikir ayrılığı olan İsveç və Finlandiyadakı səfirlər də dəyişdirilib.

Belə ki, beynəlxalq tanıtım və mədəniyyət üzrə baş menecer vəzifəsində çalışmış Dəniz Çakar Finlandiyaya, Türkiyə Xarici İşlər Nazirliyində ikitərəfli siyasi məsələlər üzrə baş direktor vəzifəsində çalışmış Can Tezel isə İsveçə səfir təyin edilib.

Qeyd edək ki, Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizəni NATO-nun baş katibinə təqdim edib. Türkiyə isə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inana bilmir.




Bölməyə aid digər xəbərlər