00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Sərdar Cəlaloğlu: “İsveç və Finlandiya məsələsində Türkiyənin maraqları təmin olunacaq”
Tarix: 02-06-2022 14:24 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “İsveç və Finlandiya məsələsində Türkiyənin maraqları təmin olunacaq”

“Türkiyə ilə Qərb ölkələri arasında münasibətlərin kəskinləşməsi haqda iddialar əsaslı deyil. Hər hansı kəskinləşmə yoxdur, sadəcə, zaman-zaman maraqlar üst-üstə düşmür və ziddiyyətlər yaranır. Belə olduqda tərəflər ortaya konkret mövqe qoyurlar və bunu da münasibətlərin kəskinləşməsi kimi təqdim etmək doğru deyil”.

Bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri diqqətə çatdırıb ki, Türkiyənin İsveç və Finlandiya ilə bağlı narahatlığını NATO-nun baş katibi Yens Stoltenberq də, bir sıra NATO dövlətləri bölüşürlər: “Hətta ABŞ da Türkiyəyə qarşı kəskin ortaya mövqe qoymur. Türkiyənin bu məsələdə addımları doğrudur və obyektivdir. Türkiyə eyni alyansda olan, müttəfiq olacaq dövlətlərin bir-birinə qarşı sanksiya tətbiq etməsinin, təhlükəsizlik maraqlarına zərbə vurmasının əxlaqlı siyasət olmadığını ifadə edir. Bu baxımdan Türkiyə tamamilə haqlıdır”.

S. Cəlaloğlunun fikrincə, NATO-nun digər üzvləri də Türkiyənin şərtlərinin İsveç və Finlandiya tərəfindən qəbul olunmasına çalışacaqlar. Nəticədə Türkiyənin maraqları təmin olunacaq, İsveç və Finlandiya da NATO sıralarına daxil ola biləcəklər.

ADP sədri Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin kəskinləşməsinin də qarşıdurma kimi təqdim edilməsini doğru saymır: “Bu, qarşıdurma deyil. Sadəcə, tərəflər öz maraqlarını müdafiə etməyə çalışırlar və bu, normaldır. Bu zaman tərəflərin maraqları toqquşur və indi müşahidə etdiyimiz hadisələr baş verir. Normalda inkişafın səbəbi ziddiyyətlər və onların mübarizəsidir. Əslində NATO-nun inkişafına səbəb də bu məqamlarla bağlıdır. Bu mənada baş verənlərə təbii yanaşmaq lazımdır. Əgər ziddiyyətlər olmasaydı əsaslı şübhələr yaranardı. Burada tərəflərin maraqları, tarixi məqamlar, mədəniyyət və dil məsələsi də var. Yəni çoxvektorlu məqamlar mövcuddur. Bu da güclərin toplanmasından asılıdır. Bu hadisələr bir-biri ilə ziddəyyət təşkil etsə də, sonda Avropa və Türkiyənin təhlükəsizliyi nəzərə alınmaqla həllini tapacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər