00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Putinin təbliğatçıları dünya müharibəsinə işarə edirlər
Tarix: 02-06-2022 17:46 | Bölmə: Slayd
Putinin təbliğatçıları dünya müharibəsinə işarə edirlər

Ukraynadakı döyüşlərdə çoxsaylı yüksək rütbəli zabitini və minlərlə əsgərini itirən Rusiya ordusunun problemləri getdikcə artır. Kiyev ətrafındakı məğlubiyyətdən sonra Ukraynaya hücum edən rus ordusuna rəhbər təyin olunan general Aleksandr Dvornikov da iki həftədir qeyri-müəyyən səbəblərdən yoxa çıxıb. Ehtimal olunur ki, general Ukraynadakı vəzifəsindən uzaqlaşdırılıb. Əgər bu məlumat təsdiqini taparsa, o zaman general Dvornikovun Qara Dəniz Donanmasının komandiri admiral İqor Osipov və 1-ci Qvardiya Tank Ordusunun rəhbəri general-leytenant Sergey Kisellə eyni aqibəti yaşaması qaçılmaz olacaq.

Reyting.az
xəbər verir ki, Rusiya Baş Qərargah rəisi general Valeri Gerasimovun da vəzifəsindən uzaqlaşdırıldığı güman edilir. Bu məlumat üç aydan artıqdır davam edən müharibədə onlarla yüksək rütbəli hərbçi və generalın həlak olmasının təsdiqlənməsindən dərhal sonra yayılıb.

Ağır itki verən Rusiya ordusunun Kadırov adına xüsusi təyinatlı alayının 4-cü batalyonunun komandir müavini, polkovnik Zaur Dimayev də çərşənbə axşamı Donbass bölgəsində öldürülüb. Luqanskın Kamışevaxa kəndindən hərbi avtomobil sürən Dimayevin öldürülməsi ilə müharibədə həlak olan yüksək rütbəli zabitlərin ümumi sayı 49-a yüksəlib.

Lakin nə Kiyev, nə də Moskva itkilərlə bağlı rəsmi rəqəmləri açıqlamırlar.

Ötən həftə isə Rusiya ən yüksək desantçılarından biri hesab edilən 34 yaşlı polkovnik-leytenant Aleksandr Fileqayevin öldürüldüyünü təsdiqləyib. O, 104-cü paraşutçu alayın komandiri idi.

Rusiya dövlət televiziyasında bir-birinin ardınca bəyanatlar verən və Ukraynaya təcavüzə haqq qazandıran Putinin təbliğatçılar isə iddia edirlər ki, artıq Üçüncü dünya müharibəsi başlayıb. Bundan başqa, canlı yayımda “Böyük Britaniya və ABŞ Ukrayna ilə müharibəyə müdaxilənin ağır bədəlini ödəməlidir”,- ifadələri səsləndirilib.

“Rossiya-1” telekanalının aparıcısı, Putinin müdafiəçisi kimi tanınan Olqa Skabeyeva canlı efirdə Britaniya, ABŞ və NATO-ya müharibə “elan edib” və Rusiyanın Ukrayna hüdudlarından kənara çıxan yeni hücumunu dəstəkləyib. “Bəlkə də Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının başa çatdığını və müəyyən mənada əsl müharibənin başladığını etiraf etməyin vaxtı çatıb: Üçüncü dünya müharibəsi!”, - deyə Skabeyeva bildirib. O, əlavə edib ki, təkcə Ukrayna deyil, bütün NATO alyansı tərksilah edilməlidir.

Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından Vladimir Avatkov Kiyevi dəstəkləyən Qərb müttəfiqlərinə xəbərdarlıq edib. O, Putinin “xüsusi hərbi əməliyyata müdaxiləyə cəhd edən hər kəs bunun bədəlini ağır ödəyəcək”,- sözlərini xatırladan Avatkov təhdidlərini davam etdirib.

Rusiyalı deputat Oleq Matveyçev isə Polşanın mövcud sərhədlərinin heç bir dəyərə malik olmayacağını deyib: “Mən təkcə Polşadan yox, Böyük Britaniya və ABŞ-dan danışıram”.

Günlərdir Ukraynanın şərqindəki sənaye şəhəri Severodonetskə hücum edən Rusiya qüvvələri şəhəri ələ keçirmək üzrədir. “Frans Press” Agentliyi (AFP) bildirir ki, Rusiya ordusu şəhəri işğal etmək ərəfəsindədir. Yerli rəsmilər şəhərin 80 faizinin Rusiyanın nəzarətində olduğunu bildiriblər.





Bölməyə aid digər xəbərlər