00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Professor: “Türkiyə dünyanın ərzaq qıtlığından xilas olmasında böyük rol oynayacaq”
Tarix: 07-06-2022 17:31 | Bölmə: Slayd
Professor: “Türkiyə dünyanın ərzaq qıtlığından xilas olmasında böyük rol oynayacaq”

“Türkiyə Ukrayna limanlarında, xüsusilə Odessa sahillərində qalan milyon tonlarla taxılın təhlükəsiz şəkildə dünya bazarına çıxarılmasına nail olacaq. Hazırda Türkiyə rəsmiləri taxılın həmin ərzidən çıxarılmasını təşkil etmək üçün danışıqlar aparır və “Yaşıl dəhliz” yaratmağa çalışırlar”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.

Q. Hüseynli xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi dünyada taxıl qıtlığının yaranmasına səbəb olub:

“Rusiya gəmiləri hazırda Qara dənizdə Ukrayna ekvatoriyasını nəzarətdə saxlayır. Üstəlik, dənizin Ukrayna hissəsi böyük ehtimalla minalanıb. Nəticə olaraq Ukraynadan dünyaya, ələlxüsus da Afrikaya aparılmalı olan taxıl bloklanıb. Bu da dünyada ciddi qıtlığa səbəb olur”.

Professor diqqətə çatdırıb ki, artıq neçə müddətdir BMT dünyanı gözləyən aclıqla bağlı xəbərdarlıq edir. Q. Hüseynlinin sözlərinə görə, belə bir vaxtda Türkiyənin prosesə müdaxilə etməsi, dünyanı gözləyən qıtlığı aradan qaldırmağa çalışması böyük və alqışlanılası davranışdır.

Müsahibimizin sözlərinə görə, Ukrayna taxılının blokadadan çıxarılması və azad ixracatın təşkili hazırda ən böyük problemlərdən biridir: “Ukrayna prezidenti Zelenski də dedi ki, Türkiyənin hərbi gəmilərinin iştirakı ilə təhlükəsizlik dəhlizi yaradılmalı, taxıl daşınmalıdır. Mən əminəm ki, bu məsələdə Türkiyə kiminsə “gözünün yaşına” baxmaz, kimlərinsə “at oynatmasına” imkan verməz. Taxıl müqəddəs nemətdir və onu Ukraynadan lazımı məntəqələrə çatdırmaq üçün Türkiyə bütün səyini, gücünü və iradəsini ortaya qoyacaq”.

Q. Hüseynli bildirib ki, ruslar bu məsələdə güzəştə getmək məcburiyyətində qalacaq: “Əgər ruslar fərqli mövqe tutsalar və dünyanın qıtlıqdan xilas olmasının qarşısını kəsəcəklərsə, bu halda Türkiyə də əlində olan alətlərdən istifadə etməyə çalışacaq. Bu mənada hesab edirəm ki, Türkiyə bu niyyətlərinə nail olmaqla dünyanın ərzaq qıtlığından xilas olmasında böyük rol oynayacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər