00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Kadırov Putinə Avropa ölkələrinin işğalını təklif edir
Tarix: 08-06-2022 14:39 | Bölmə: Slayd
Kadırov Putinə Avropa ölkələrinin işğalını təklif edir

Rusiya prezidentinin Ukrayna ilə bağlı işğal siyasətini dəstəkləyən və tez-tez Avropa ölkələrini təhdid etməklə gündəmə gələn Çeçenistan prezidenti Ramzan Kadırov bu dəfə Vladimir Putinə Avropa ölkələrini işğal etməyi təklif edib.

Reyting.az
xəbər verir ki, Rusiya prezidenti V. Putinə həm də şəxsi yaxınlığı ilə tanınan Çeçenistan lideri R. Kadırov təkcə Ukraynanı deyil, digər Avropa ölkələrini də məğlub etməyə hazır olduqlarını bildirib.

Kadırov “döyüşmək onun zövqü olduğunu” vurğulayaraq, Putini Avropanı ələ keçirməyə çağırıb.

Kadırov Rusiyanın Ukraynaya hücumunu “xalqın rifahı və xoşbəxtliyi uğrunda müharibə” kimi qiymətləndirib və Ukrayna prezidenti Volodimir Zelesnkini təslim olmağa səsləyib.

Yayımladığı videoda Kadırov əslində NATO-ya qarşı vuruşduqlarını bildirib və bunu özləri üçün “zövq” adlandırıb. O, Qərbin Rusiyaya qarşı sanksiyaları geri götürəcəyini və Putindən üzr istəyəcəyini iddia edib.

“Biz təkcə Ukraynanı deyil, bütün Avropanı məğlub edəcək qədər güclüyük və bunu edəcəyik”,- deyən Kadırov Putinə müraciət edib: “Məndən asılı olsaydı, hazırda tamamilə dəyərsiz olan bütün Avropa dövlətlərini götürərdim”.

Bəzi Avropa dövlətləri və hökumətlərinin Rusiya xalqı və Putin haqqında yersiz çıxışlar etdiyini bildirən Kadırov deyib ki, “bu ölkələri yavaş-yavaş alardım. Bununla da, ABŞ-ın müttəfiqi olmazdı”.

Çeçenistan lideri əlavə edib ki, Rusiyaya qarşı bütün sanksiyalar götürülənə və üzr istənilənə qədər müharibə davam etməlidir.

2018-ci ildə Putinin çıxışı zamanı dediklərini xatırladan Kadırov təhdidlərə qarşı nüvə təhdidini səsləndirib: “Biz cənnətə şəhid kimi gedəcəyik. Onlar isə sadəcə yıxılaraq öləcəklər”.

Qeyd edək ki, Kadırov bu yaxınlarda Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Danışıqlardan sonra verdikləri bəyanatda hər iki tərəf “Ukraynanın de-nazifikasiya prosesinin davam etdiyini” vurğulayıb.

Onu da diqqətə çatdıraq ki, Kadırov bundan əvvəl Polşanı təhdid edib və Ukraynaya dəstəyə görə Rusiyanın hədəfi ola biləcəyini deyib.




Bölməyə aid digər xəbərlər