00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Dünyada aclıq təhlükəsi: 1,6 milyard insan risk altındadır
Tarix: 09-06-2022 09:11 | Bölmə: Slayd
Dünyada aclıq təhlükəsi: 1,6 milyard insan risk altındadır

Dünyada 1,6 milyard insan aclıq və yoxsulluq təhlükəsilə üzləşib.

Reyting.az
xəbər verir ki, belə bir təhlükə barədə BMT-nin Qida, Enerji və Maliyyə Sistemləri üzrə Qlobal Böhran Qrupunun hesabatında bildirilir.

Qeyd olunur ki, 94 ölkədə təxminən 1,6 milyard insan böhranın ən azı bir aspektindən təsirlənir, 1,2 milyard insan "mükəmməl fırtına" şəraitində olan ölkələrdə yaşayır, onlar hər üç aspektə qarşı - ərzaq, enerji və maliyyə baxımından ciddi həssas qrupa daxildirlər.

Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya hücumları qlobal ərzaq təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

BMT Baş katibi Antonio Quterreş deyib ki, Rusiya-Ukrayna müharibəsi dünya üçün daha da pisləşir və 94 ölkədən 1,6 milyard insana təsir göstərir.

Quterreş müharibənin aclığa səbəb ola biləcəyi ilə barədə xəbərdarlıq da edib.

Baş katib bildirib ki, bu təhlükəni dayandırmağın bir yolu var: Rusiya Ukraynanın işğalına son qoyulmalıdır.




Bölməyə aid digər xəbərlər