00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Bu il dünyanı 6 təhlükə gözləyir - Vanqanın proqnozları
Tarix: 09-06-2022 14:07 | Bölmə: Slayd
Bu il dünyanı 6 təhlükə gözləyir - Vanqanın proqnozları

Dünyada baş verəcək bir çox hadisələri öncədən proqnozlaşdırdığı iddia edilən məşhur görücü Vanqanın 2022-ci il üçün də müəyyən proqnozları var. Artıq təbii fəlakətlərə və koronavirus epidemiyasına qarşı mübarizə aparan dünya üçün sözügedən proqnozlar çox da ürəkaçan deyil.

Reyting.az
Vanqanın 2022-ci il üçün proqnozlarını təqdim edir:

Vanqanın öngörmələri və proqnozuna görə, 2022-ci ildə Avstraliya ilə yanaşı bir neçə Asiya ölkəsində güclü daşqınlar olacaq.

Qeyd edək ki, Vanqa 2004-cü ildə 200 mindən çox insanın öldüyü sunamini proqnozlaşdırıb və böyük dalğanın sahilləri bürüyəcəyini və insanları məhv edəcəyini bildirib.

İkinci, koronavirus epidemiyasını proqnozlaşdırdığı iddia edilən Vanqa deyib ki, 2022-ci ildə Sibirdə ölümcül virus aşkar ediləcək. O, virusun sürətlə yayılacağını və nəzarətdən çıxacağı bildirib.

Üçüncü, 2022-ci ildə dünyanın bir çox şəhərlərində içməli su qıtlığı yarana bilər. Əhalinin artması və çayların çirklənməsi su qıtlığına səbəb kimi göstərilir. Bildirilir ki, bir çox dövlətlər yeni resurslar tapmaq üçün həll yolları axtaracaqlar.

Dördüncü, elm adamlarının son günlər həll etməyə çalışdıqları “Oumuamua” kimi tanınan asteroid də Bolqarıstan kahininin proqnozları arasındadır. Proqnoza görə, bu meteorit yadplanetlilər tərəfindən Yerdə həyat axtarışı üçün göndəriləcək.

Beşinci, Vanqa 2022-ci ildə dünyanın ən sıx məskunlaşma olan ölkələrindən biri - Hindistanda temperaturun yüksələcəyini, çəyirtkə və buna bənzər canlıların əkin sahələrinə hücumunu proqnozlaşdırır. Ardıcıl fəlakətlərdən sonra Hindistanda böyük qıtlığın olacağı bildirilir.

Altıncı, bolqar kahinin “İnsanların bədəni dik durmaz, donqarları çıxacaq”,- deyimini araşdıran mütəxəssislər bunun texnologiyadan asılılığın artması ilə əlaqəli olduğunu iddia edirlər.

Məlumat üçün bildirək ki, Vanqa 31 yanvar 1911-ci ildə anadan olub. O, ömrünün çox hissəsini Bolqarıstanda, Kojuh dağlarında, Yer Rupite bölgəsində keçirib. Onun paranormal qabiliyyətlərə sahib olduğu iddia edilir.

Uşaqlıqda Vanqa qəhvəyi gözlü və sarı saçlı adi bir uşaq olub. 1925-ci ildə Vanqanı Zemundakı korlar məktəbinə aparıblar və orada üç il yaşayıb. 1939-cu ildə xəstəliyə tutulan Vanqanın tezliklə öləcəyini deyən həkimin yanlış təsəvvürlərinə baxmayaraq, o, tez sağalıb.

İkinci dünya müharibəsi illərində Vanqanın paranormal qabiliyyətləri daha çox diqqət çəkib. İnsanlar qohumlarının sağ olub-olmadığını öyrənmək ümidi ilə onun yanına gəliblər. 8 aprel 1942-ci ildə Bolqar çarı III Boris də onu ziyarət edib.

1942-ci il mayın 10-da Vanqa Dimitar Quşterovla ailə qurub.

Vanqa 1996-cı il avqustun 11-də döş xərçəngindən vəfat edib. Onun dəfnində dövlət xadimləri də olmaqla, böyük izdiham yaşanıb.




Bölməyə aid digər xəbərlər