00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Baydenin oğlu narkotikə, fahişələrə və spirtli içkiyə milyonlar xərcləyir - Fotolar
Tarix: 09-06-2022 16:19 | Bölmə: Slayd
Baydenin oğlu narkotikə, fahişələrə və spirtli içkiyə milyonlar xərcləyir

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenlə bağlı qalmaqallı məlumatlara yeniləri əlavə edilib. Hunter Bayden bu dəfə 3 uşaq anası və 22 illik həyat yoldaşı Ketlin Buhlenin yazdığı kitabla gündəminə çevrilib. Ketlin Buhle keçmiş həyat yoldaşı Hunter Baydenin narkotik problemi və qadın düşgünü olduğunu bildirib.

Reyting.az
xəbər verir ki, Ketlin Buhle “Əgər biz qırılsaq: evlilik, asılılıq və şəfa xatirəsi” kitabında dəfələrlə Hunter Bayden tərəfindən aldadıldığını yazıb və keçmiş həyat yoldaşı ilə bağlı korrupsiya ittihamları irəli sürüb.

Xatırladaq ki, H. Bayden və həyat yoldaşı K. Buhle 22 illik evliliklərini 2015-ci ildə bitiriblər. Cütlüyün bu evlilikdən üç övladı var.



C. Baydenin ikinci övladı olan Hunter hüquqşünas və investisiya məsləhətçisidir və atasına arabir siyasi və iqtisadi məsləhətlər verməsi ilə tanınır. İyunun 14-də işıq üzü görəcək kitabda Buhle keçmiş həyat yoldaşı və ABŞ prezidentinin oğlu ilə bağlı səs-küylü açıqlamalar verib.

Buhle üç uşağının atası haqqında deyib:

“Kredit kartının çıxarışlarına baxdım, striptiz klublarına və içki dükanlarına milyonlarla pul xərcləndiyini gördüm”.

Hollivud kino ulduzlarına bənzər hekayəsi olduğunu vurğulayan Buhle, Hunterin tez-tez fahişələrlə görüşdüyünü, porno izlədiyini və ciddi narkotik problemləri olduğunu iddia edib. Hətta bir dəfə onların evində kokain tapdığını da yazıb.



Buhle, keçmiş həyat yoldaşı Hunterin Çin və Ukrayna ilə qeyri-şəffaf ticarət əlaqəsi olduğunu və əxlaqsız həyat tərzini onların pulu ilə maliyyələşdirdiyini iddia edir. Beləliklə, Hunterə qarşı korrupsiya iddiaları bir daha gündəmə gəlib. Böyük qardaşı xərçəngdən öldükdən sonra Hunterin onun həyat yoldaşı ilə münasibəti də üzə çıxıb və bu, böyük səs-küyə səbəb olub.

Hunter Baydenin adının qalmaqalda hallanması ilk dəfə deyil. Bundan əvvəl Hunterin noutbuku sındırılıb və ədəbsiz videoları yayılıb. Amerika ictimaiyyəti daha irəli gedərək H. Baydenin videolarını porno saytlara da yükləyib.

Hazırda Hunterlə bağlı mümkün vergi fırıldaqçılığı, çirkli pulların yuyulması və lobbiçilik cinayətlərinə görə Delaver ştatının federal orqanları tərəfindən araşdırma aparılır. ABŞ-ın “New York Times” və “Washington Post” qəzetləri artıq Hunterə qarşı ittihamların Kremlin dezinformasiyası olduğunu iddia etməyə başlayıblar.

Co Baydenin qarşıdan gələn seçkilərdə namizədliyi müzakirə olunsa da, Hunterlə bağlı iddiaların seçki prosesinə necə təsir edəcəyi məlum deyil. Lakin ABŞ mətbuatında yer alan iddialara görə, Demokratlar Partiyasının tanınmış simaları Hunterin adının bu cür qalmaqallarda hallanmasından narahatdırlar.

Hunter indiyə qədər Ukrayna şirkətindən aldığı qonorar istisna olmaqla, bütün ittihamları rədd edib. Ancaq illər sonra o, içki və narkotik problemi yaşadığını etiraf etmək məcburiyyətində qalıb.



Buhle kitaba keçmiş həyat yoldaşı ilə xatirəsində bu ifadələri də qeyd edib:

“Bir səhər durub mətbəxə gəldim. Səhər saat 10 idi. Hunter sərxoş idi və əlində viski şüşəsi vardı. Məncə, o, saat neçə olduğunu bilmir və hələ də sərxoş görünürdü”.

Reyting.az




Bölməyə aid digər xəbərlər