00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Britaniya Azərbaycan və Türkiyənin də iştirak edəcəyi ittifaq yaradır - Professor
Tarix: 10-06-2022 10:54 | Bölmə: Slayd
Britaniya Azərbaycan və Türkiyənin də iştirak edəcəyi ittifaq yaradır

“Gələcəkdə Böyük Britaniyanın yeni ittifaq yaradacağı, bura Polşa, Ukrayna, Türkiyə və digər dövlətlərin də qatılacağı haqda fikirlər var. Amma diqqətlə baxdıqda görürük ki, artıq belə bir ittifaq mövcuddur. Baxmayaraq ki, bu, sənəd üzərində deyil və tərəflər birgə olduqlarını rəsmən elan etməyiblər. Aydındır ki, kənardan ABŞ da belə bir ittifaq ideyasını dəstəkləyir”.

Bunu Reyting.az-a professor Əli Abbasov deyib.

Əli Abbasov sözlərinə görə, yürüdülən siyasət göstərir ki, bu ölkələr birlikdədir:

“Avropanın bir mövqeyi var: bu mövqe ondan ibarətdir ki, “ruslara güzəşt etmək lazımdır, Rusiyanın qazı və nefti olmadan işləyə bilmərik”.

Digər mövqe ABŞ və Britaniyanın mövqeyidir. Bu mövqeyi Polşa, Baltikyanı ölkələr və Ukrayna da bölüşür. Sözsüz ki, Türkiyə də burada seçim etməlidir. Ya Avropa onu Avropa İttifaqının üzvlüyünə qəbul edilməlidir, ya yeni ittifaqa getməlidir, ya da Rusiya və Qərb arasında manevrlər etməklə irəliləməlidir. Açığı, Türkiyə indi apardığı siyasəti buraxmaq və anti-Rusiya koalisiyasında olmaq istəmir. Çünki ortada Suriya, Liviya və digər məsələlər var”.


Ə. Abbasov

Ə. Abbasov qeyd edib ki, artıq mövcud olan sazişlər və birliklər tədricən dağılır: “Avropa Birliyi indiki formada qalmayacaq, orada gedən prosesləri görürük. Türkiyə özü seçimini etməlidir. Britaniya sözsüz ki, belə bir ittifaqın əsasını qoyur və burada ABŞ-ın da özünəməxsus rolu olacaq. Məsələ ondadır ki, bu ittifaq Rusiya ilə siyasətini hansı formada quracaq”.

Ə. Abbasov diqqətə çatdırıb ki, Azərbaycanın da bu prosesdə hansı formada iştirak edəcəyi maraqlıdır: “Qənaətimcə, Türkiyə hansı qərarı qəbul edəcəksə, biz də bunu nəzərə alacağıq. Biz bu yolla gedəcəyik”.

Professor bildirib ki, son vaxtlar Türkiyə-Rusiya münasibətləri yüksək səviyyədədir və bu da Azərbaycana müəyyən üstünlüklər verir. “Xəta ondadır ki, sabah ruslar yoxa çıxdıqdan sonra Qərb bizə münasibətdə hansı mövqedən çıxış edəcək. Məncə, biz ehtiyatlı siyasət aparmalıyıq”,- deyə Ə. Abbasov əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər