00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Deputat: “Paşinyanı “Qarabağ klanı” ilə razılaşmağa məcbur edirlər”
Tarix: 10-06-2022 11:15 | Bölmə: Slayd
Deputat: “Paşinyanı “Qarabağ klanı” ilə razılaşmağa məcbur edirlər”

“Bir aydan çoxdur ki, Ermənistanda etiraz aksiyaları keçirilir. Ermənistan müxalifəti bununla baş nazir Nikol Paşinyana təzyiq məqsədi güdür. Ona görə ki, etiraz aksiyası keçirən “Qarabağ klanı”nın rəhbərləri Paşinyanın onlardan əl çəkməyəcəyinə əmindirlər. Səhv etmirəmsə, artıq Robert Köçəryanın qardaşı oğlunu həbs ediblər. Sarksiyana yaxın bəzi şəxslər də həbsdədir. Görünən budur ki, baş nazir Paşinyan uzun illər ölkəsini qarət edən bu şəxslərin pulunu almağa çalışacaq”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Məlumat üçün qeyd edək ki, aprelin sonlarından başlayaraq Ermənistanda mitinqlər keçirilir. Radikal müxalifət xüsusilə paytaxt İrəvanda fəallaşıb və iddia edir ki, indiki erməni hökuməti ölkənin adından danışıqlar aparmaq və hansısa razılaşmalar bağlamaq mandatına sahib deyil. Bununla da erməni müxalifəti Paşinyanın Azərbaycanla mümkün sülh sazişi imzalamasına qarşı çıxır.

R. Musabəyov isə hesab edir ki, erməni müxalifətinin bu aksiyalarda iki məqsədi var: “Yəni aksiyalarla Nikol Paşinyanı devirmək istəyirlər. Əgər bu mümkün olmayacaqsa, o zaman təzyiqlər vasitəsi ilə “Qarabağ klanı” ilə razılaşdırmağa çalışırlar. Bu razılaşmaya məhkəmə perspektivini dayandırmaq da daxildir. Hazırda sabiq prezidentlər Köçəryan və Sarksiyanla bağlı məhkəmə prosesləri davam edir. Eyni zamanda mümkündür ki, Qarabağla bağlı da hansısa məsələlər olsun”.

R. Musabəyov qeyd edib ki, hazırda N. Paşinyan nə bu cinayətkar dəstə ilə kompromisə gedir, nə də zor tətbiq edir. Milli Məclis üzvünün proqnozuna görə, fəallaşma tədricən azalacaq, üstəlik, parlamentdə tətilə buraxılacaq. Növbəti mərhələdə fəallaşma payıza müşahidə oluna bilər.




Bölməyə aid digər xəbərlər