10:42 / 12-06-2025
Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət edib
10:23 / 12-06-2025
Xaricdə oxuyan 52 nəfərin diplomu tanınmayıb
10:11 / 12-06-2025
TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib
10:00 / 12-06-2025
İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
09:50 / 12-06-2025
Bakı məktəblərində attestat üçün 20 manatdan rüşvət yığırlar - Video
09:41 / 12-06-2025
DSMF sədrinə yeni müşavir təyin olunub
09:24 / 12-06-2025
Klinika rəhbərinin ölkədən çıxışına “stop” qoyulub
08:52 / 12-06-2025
30 yaşlı kişi "Niasitol"dan zəhərlənərək ölüb
07:47 / 12-06-2025
Prezident: “Latın Amerikasında demokratiya təhlükədədir”
07:42 / 12-06-2025
Astana “Power Central Asia+China” forumuna hazırlaşır
07:37 / 12-06-2025
Sabiq prezident sui-qəsddə şübhəli bilinir
07:31 / 12-06-2025
Kim Çen In: “Həmişə Rusiyanın yanındayıq!”
07:27 / 12-06-2025
Üç min avtomobilin olduğu yük gəmisi bir həftədir yanır
07:22 / 12-06-2025
Zelenski Luiz Silva ilə görüşmək istəyir
07:17 / 12-06-2025
Ağ ev Yaxın Şərqdən diplomatları və hərbçi ailələrini çıxarır
00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
22:53 / 11-06-2025
"Qarabağ" Marko Veşoviçlə yollarını ayırıb
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
19:03 / 11-06-2025
Mayora hücum edən idmançıların məhkəməsi başlayıb
18:04 / 11-06-2025
Kəmalə Günəşli toy sahibinə bakal atıb
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
17:47 / 11-06-2025
Maksim Qalkin oğlu ilə fotosunu paylaşıb - Foto
17:24 / 11-06-2025
Trampın vasitəçiliyi Rusiya-Ukrayna müharibəsini daha kəskin fazaya keçirib
17:19 / 11-06-2025
İlhamə Elşadqızı: "Mən tərtəmizəm, gül kimi də qızam”
17:16 / 11-06-2025
TDT-nin Zirvə görüşünün tarixi müəyyənləşib
17:09 / 11-06-2025
Müxalifətçiyə 18 il həbs cəzası verilib
16:55 / 11-06-2025
"Əməkdar artist" fəxri adı almaq istəyən musiqiçinin pulunu "atıblar"
16:03 / 11-06-2025
Ali Məhkəmə “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi" ilə bağlı qərar qəbul edib
15:58 / 11-06-2025
Müğənni Əlikram Bayramovun qardaşı oğlu itkin düşüb
15:54 / 11-06-2025
İsazadə: Bizə real sülh lazımdır, kağız üzərində sülhü əhəmiyyətli saymıram
10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:34 / 08-06-2025

14:45 / 07-06-2025

22:58 / 08-06-2025

11:12 / 07-06-2025

11:43 / 07-06-2025

12:09 / 07-06-2025

09:10 / 08-06-2025

10:05 / 08-06-2025

13:07 / 10-06-2025

08:48 / 09-06-2025

Rusiya ordusunda fərarilər artır, onları müdafiə edən jurnalist və vəkillər həbs olunur
Tarix: 10-06-2022 16:34 | Bölmə: Slayd

Ukraynada müharibə davam etdikcə, Rusiya ordusunda fərarilik edən əsgərlər sayı artır. Rusiyanın Ukraynaya rəsmən müharibə elan etməməsi sözügedən əsgərlərin hüquqi prosesini daha da çətinləşdirib.
Reyting.az xəbər verir ki, yüzlərlə rus əsgəri Ukraynadakı münaqişədən qaçıb və ya müharibənin ilkin mərhələlərində iştirakdan imtina edib. Hərbi analitiklər isə bu rəqəmin daha yüksək olduğunu deyirlər.
Xatırladaq ki, Rusiya ordusu Ukraynaya hücumun əvvəlində minlərlə itki verib. Ukraynaya daxil etdiyi hərbi texnikanın təxminən dörddə birini itirən rus ordusunun əsgərləri arasında fərarilik və itaətsizlik problemi günü-gündən daha da çoxalır.
Digər tərəfdən, fərarilər üçün cəzalar indiyədək əsasən hərbçilərin işdən çıxarılması ilə məhdudlaşıb. Bəzi hüquqşünasların fikrincə, Rusiya Ukraynaya müharibə elan etmədiyi üçün xidmətdən imtina edənlərə qarşı cinayət ittihamının hüquqi əsası azdır.
Rusiyada etirazları yatıran milli hərbi qüvvə olan Milli Qvardiyanın üzvlərini təmsil edən rusiyalı vəkil Mixail Benyaş deyib ki, bir çox insan döyüşmək istəmir.
Qeyd edək ki, Benyaş fevral ayında Ukraynaya daxil olmaq əmrindən imtina etdikdən sonra işdən qovulan hərbçilərə hüquqi yardım göstərir, məhkəmələrdə onların müdafiəsi ilə məşğul olur.
24 yaşlı rus əsgəri Albert Saxibgarev fevralın 8-də hərbi təlimlər üçün Rusiyanın Belqorod vilayətinə göndərildiyini bildirib. Onun sözlərinə görə, Vladimir Putinin fevralın 21-də Ukraynanın dövlətçilik hüququnu inkar edən çıxışından sonra hərbi bazadakı əsgərlərin əksəriyyətinin telefonları müsadirə edilib və onlara gülləkeçirməz gödəkçələr verilib. Sovet dövründən qalma yük maşınlarından mərmi və sursat boşaldıblar, amma nəyin baş verdiyini dəqiq bilməyiblər. O, fevralın 24-də səhər tezdən yuxudan artilleriya atəşinin səsinə oyanıb. Ukrayna sərhədindəki kazarmalara iki mərmi düşüb. Saxibgarev baş verənləri yalnız sosial şəbəkələrdə gizli başlıq oxuduqdan sonra öyrəndiyini söyləyib.
Saxibgarev deyib ki, onunla olan yüzlərlə əsgərin heç biri bu müharibəni istəməyib. Anası Qalina Saxibgareva oğlunun vətənpərvərliyi səbəbindən hərbi xidmətə getdiyini, həmçinin Rusiyanın Ufa vilayətinin kiçik şəhərlərində başqa karyera imkanlarının olmadığını söyləyib. Qeyd olunur ki, Moskvadan təxminən 1126 kilometr şərqdə yerləşən Ufada hərbi karyera özünə həyat qurmaq şansı sayılır.
“Mən ucaboy, güclü oğlan böyütdüm və onu ölkənin müdafiəsi üçün verdim”, - ana deyib.
Müharibədən qaçdıqdan az sonra Saxibgarev və anası ilə telefonla əlaqə saxlayan hərbi prokuror onu xidmətə qayıtmağa razı salıb. Onun cəbhə xəttindən uzaqda olan başqa bazaya köçürülməsinə icazə verilib.
Vəkili Almaz Nəbiyev bildirib ki, Saxibgarev nə qədər uzaqda olarsa, daha ciddi ittihamlarla üzləşəcək. Onlar onu xidmətə yararsız hesab edə və ya fərariliyə görə ittiham irəli sürə bilərlər.
Hüquqşünas Benyaş deyib ki, Ukraynaya getmək əmrindən imtina edən bir çox əsgər döyüşmək üçün həyatlarını riskə atmaqdansa, barələrində açılan cinayət işinin cəzasını çəkməyi daha asan sayırlar.
Vəkil Benyaş Milli Qvardiyanın işi ilə bağlı 24 mart yazısını dərc etdikdən sonra bir neçə gün ərzində 1000-dən çox əsgər və hərbi işçinin hüquqi yardım üçün onlarla əlaqə saxladığını diqqətə çatdırıb:
“Bir çoxları müharibə üçün Ukraynaya daxil olmaq və ya Rusiya qüvvələri tərəfindən işğal edilmiş şəhərlərdə etirazları yatırmaq əmrinə qarşı çıxıblar”.
Martın 17-də Rusiyanın “Aqora” insan haqları qrupu hərbçilərin və onların qohumlarının əmrləri rədd etdikləri üçün hüquqi yardıma müraciət edə biləcəyi sosial media qrupu yaradıb. Qrupun direktoru Pavel Çikov bildirib ki, növbəti 10 gün ərzində 721 əsgər müraciət edib. Martın 4-də Rusiya bazası komandirinin imzaladığı hərbi fərmana əsasən Ukrayna sərhədi yaxınlığında vəzifəsini yerinə yetirərkən əmrdən boyun qaçıran yüzlərlə hərbçinin ordudan qovulması nəzərdə tutulub. Keçmiş hərbçilərin əlavə cəza alıb-almadığı bəlli deyil.
Nalçik Şəhər Hərbi Məhkəməsinin hakimi tərəfindən imzalanan 25 may tarixli digər sənəddə isə fevralın sonu və əvvəllərində Ukraynaya daxil olmaqdan imtina etdiklərinə görə istefaya göndərilən Rusiya Milli Qvardiyasının 115 əməkdaşının şikayəti təmin edilməyib.
Onu da qeyd edək ki, Rusiya qanunları hərbi and içdikdən sonra xidmətini tərk edən hərbçilərə 10 ilə qədər həbs cəzası nəzərdə tutur. Xidmətdən qaçanlar böyük təzyiq altında hərəkət etdiklərini və ya qaçmağa səbəb olan şəxsi problemlərinin olduğunu sübut etsələr, cinayət məsuliyyətindən yaxa qurtara bilərlər.
Pavel Luzinin sözlərinə görə, Putinin Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı əmrdən imtina xidmət müavinətlərindən məhrum edilmə ilə məhdudlaşır.
Məqalədə müəlliflərin eşitdiyi səsyazmasında baza komandiri əsgərlərə “Gedə bilməzsiniz, ora getməsən, 15 ilini həbsxanada keçirəcəksən”, - deyir. Əsgər isə Ukraynada döyüşməkdən imtina etdiyi üçün həbsxanaya düşmək riskinə girmədən vəkillə danışacağını bildirib.
Rusiyalı fərari əsgərləri müdafiə edən vəkillər və bu işlərlə bağlı reportaj hazırlayan jurnalistlər də risk altındadır. Sənədlərə əsasən, aprelin 13-də cənab Benyaş müharibənin ilk günlərində yayımlanan videoda söylədiyi fikirlərə görə “Rusiya Silahlı Qüvvələrini gözdən salmaqda” ittiham olunur.
Bundan əvvəl Sibirin Xakasiya vilayətində Ukraynaya daxil olmaq əmrindən imtina edən 11 Milli Qvardiyaçı haqqında məqalə dərc edən jurnalist Mixail Afanasyev isə həbs edilib. Onu Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda ittiham edirlər.
Bölməyə aid digər xəbərlər

Dünən, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
Dünən, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
Dünən, 12:12
Dron müharibəsinin dərsləri
Dünən, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib