00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Professordan şok iddia: “Ukrayna üç hissəyə parçalanacaq”
Tarix: 10-06-2022 17:15 | Bölmə: Slayd
Professordan şok iddia: “Ukrayna üç hissəyə parçalanacaq”

“Mənim ehtimalıma görə, Ukrayna parçalanacaq, onun ardınca Rusiya da eyni taleyi yaşamalı olacaq. Elə məqsəd də bundan ibarətdir. Qənaətimcə, Ukrayna parçalanacaqsa, onun yerində üç dövlət yaranacaq. Əslində, bu gün böyük dövlətlər heç kimə lazım deyil, onları idarə etmək çox çətindir”.

Belə bir iddia ilə Reyting.az-a açıqlamasında Prezident Administrasiyasının keçmiş əməkdaşı, Bakı Dövlət Universitetinin professoru Rüstəm Məmmədov çıxış edib.

R. Məmmədovun iddiasına görə, Ukrayna parçalanmaya doğru gedir: “Ukraynanın şərqində, qərbində və mərkəzində yeni dövlətlər yaranacaq. İndiki hakim komanda fəal olsa da, bütövlükdə ölkəni idarə etməkdə çətinlik çəkir. Hazırda Rusiya Ukraynanın 20 faizini işğal edib. Rusiya hazırda qalib kimi görünsə də, zamanı gəldikdə işğal etdiyi Ukrayna torpaqlarından çıxmalı olacaq”.

Professor hesab edir ki, indiki vəziyyətdə Qərb dövlətləri Ukraynaya silah və maliyyə dəstəyi versə də, prosesləri daha da gücləndirə bilmirlər. R. Məmmədovun fikrincə, Qərbə bu işdə mane olan Rusiyanın nüvə potensialıdır:

“Ukraynada gündəlik 80-100 əsgər həyatını itirir. Ukraynanın nə qədər əsgəri var ki, bu formada davam etsin? Verilən silahlar da yetərli deyil. Bu formada Ukrayna çox davam edə bilməz. Aydındır ki, günün birində Ukrayna görəcək ki, bu cür davam etmək mümkünsüzdür. Bu zaman geriyə addım atacaqsa, Rusiya dərhal irəli gedəcək. Reallıq hələlik bunu göstərir. Sabah necə olacağını söyləmək bir qədər çətindir. Rusiyanın qalibiyyətindən də danışmaq hələ tezdir. Söhbət nominal qələbədən gedə bilər”.

R. Məmmədov əlavə edib ki, hazırda Ukrayna var gücünü ortaya qoyaraq Rusiya ilə müharibə aparsa da, söhbət həm də tərəflərin resursundan gedir. Rusiyanın resurs və imkanları daha genişdir. Bu da əsas faktorlardan biridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər