00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Əsəd Rusiya vasitəsilə Türkiyəni hədələyir
Tarix: 11-06-2022 10:55 | Bölmə: Slayd
Əsəd Rusiya vasitəsilə Türkiyəni hədələyir

Suriyadakı rejimin başçısı Bəşər Əsəd ölkəsinin şimalında mümkün hərbi əməliyyatlar zamanı Suriya ordusunun Türkiyəyə cavab verəcəyini deyib.

Reyting.az
-ın xəbərinə görə, Türkiyənin Suriyanın şimalında terror təşkilatı PKK/YPG ünsürlərinə qarşı yeni əməliyyat təşkil etmək xəbərdarlığı Bəşər Əsədi narahat edib.

Ölkənin şərqində - PKK/YPG işğalı altında olan bölgələrdə güc nümayiş etdirə bilməyən B. Əsədi daha çox Türk Silahı Qüvvələrinin mümkün əməliyyat planından narahat olur.

Rusiyanın “Russian Today” televiziya kanalına müsahibəsində Türkiyəni onlara hücum edirmiş kimi təsvir etməyə çalışan Əsəd “Türkiyə hücum edərsə, müqavimət göstərəcəyik”,- deyib.

Mümkün əməliyyatı “işğal” kimi xarakterizə edən Əsəd bildirib ki, əgər işğal olarsa, ilk növbədə buna qarşı xalq müqaviməti başlayacaq: “Təbii ki, Suriya ordusunun yerləşdiyi yerlərdə qarşı-qarşıya gələndə cavab verəcəyik”.

Türk ordusu ilə Suriya ordusunun daha əvvəl də meydanda üz-üzə gəldiyini bildirən Əsəd deyib ki, həmin vaxt ərazilərinə daxil olan türk hədəflərini məhv ediblər: “Hərbi şərait imkan yaradacaqsa, vəziyyət eyni olacaq”.

Bu arada Türk Silahlı Qüvvələrindən Suriya əməliyyatının artıq hazır olduğuna dair mesajlar gəlir. Suriyadakı əməliyyatın önündə gedəcək Azad Suriya Ordusunun (ASO) bölmələri artıq əməliyyata tam hazır olduğunu açıqlayıb. İlkin ehtimallara görə, əməliyyat zamanı ASO-nun türkman birlikləri ilk hərəkət edən hərbi infrastruktur olacaq.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmisi ötən gün Konqresdə dinləmələr zamanı Türkiyə rəhbərliyi ilə əlaqə saxladığını desə də, Türkiyəni bu əməliyyatdan çəkindirə biləcəklərinə dair məsələyə ümidli olmadığını bildirib.

YPG, PYD, SDG terror təşkilatları isə B. Əsədə müraciət edərək Suriya hava məkanını qorumağa çağırıb.

Müşahidələr göstərir ki, həm Moskva, həm də Vaşinqton Türkiyənin Suriyada əməliyyata başlayacağından narahatdır.




Bölməyə aid digər xəbərlər