00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Komandirlərlə görüşən Putinin səhhəti qəflətən pisləşib
Tarix: 11-06-2022 15:19 | Bölmə: Slayd
Komandirlərlə görüşən Putinin səhhəti qəflətən pisləşib

Kremldə qaynaqları olduğunu iddia edən “General SVR” telegram kanalı Rusiya prezidenti Putinin səhhəti ilə bağlı daha bir iddia irəli sürüb. Reyting.az xəbər verir ki, Kremldən heç bir açıqlama olmasa da, iddia təsdiqini tapacağı halda Rusiya lideri uzun müddət meydana çıxa bilməyəcək.

Qeyd edək ki, son aylar Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılır.

Rusiya hökuməti daxilində etibarlı mənbələrə malik olduğunu iddia edən və Ukrayna müharibəsi zamanı dünya mətbuatının yaxından izlədiyi “General SVR” bildirir ki, Putinin komandirlərlə müdafiə görüşündən sonra qəflətən səhhəti pisləşib.

Daha əvvəl Putinin xərçəng və Parkinson xəstəliyinə tutulduğunu israrla vurğulayan telegram kanalı iddia edir ki, Rusiya lideri uzun sürən müdafiə iclasından sonra masadan qalxarkən özünü zəif hiss edib, başının gicəlləndiyini bildirib. Bundan sonra “Prezidentin təcili tibbi yardıma ehtiyacı var”,- ifadələrinə yer verilib.

Kanalın iddiasını yoxlamaq mümkün olmasa da, dövlət başçısının Rusiya vətəndaşlarının suallarını cavablandırdığı “Birbaşa xətt” proqramının qeyri-müəyyən müddətə təxirə salınması bu iddiaların doğruluğunu gücləndirib.

“Birbaşa xətt” proqramı Putinin hər il təşkil etdiyi, sadə Rusiya vətəndaşlarını dinlədiyi və suallarını cavablandırdığı ənənəvi proqramdır. Proqram sonuncu dəfə ötən ilin iyununda yayımlanıb. Bu il iyunun son həftəsi və ya iyulun əvvəlində keçirilməsi planlaşdırılan proqram üçün yeni tarix müəyyən edilməyib.

“General SVR” kanalı Putinin səhhəti ilə bağlı son hadisələri Kremlin gizli saxladığını bildirir və məlumatları Rusiyanın yuxarı dairələrinə çıxışı olan “Viktor Mixayloviç”' kimi tanınan general-leytenantdan aldığını qeyd edir.

Məlumata görə, “Birbaşa xətt”in qeyri-müəyyən gecikməsi Vladimir Putinin səhhətinin qeyri-sabit olması ilə bağlıdır. “Putin bu ayın sonunda Rusiya vətəndaşlarının qarşısına çıxıb onların suallarını cavablandırmağa hazırlaşırdı, lakin həkimləri ona uzun müddət ictimaiyyət qarşısına çıxmamağı məsləhət görüblər. Son zamanlar prezident daha tez yorulurdu”, - məlumatda qeyd olunur.

Kreml Rusiya liderinin səhhəti ilə bağlı fərziyyələri qəti şəkildə təkzib etsə də, Putinin bir sıra xəstəliklərdən əziyyət çəkdiyi və səhhətinin pisləşməsi ilə bağlı məlumatlar Qərbdə geniş yayılmaqdadır. Son həftələrdə Rusiya liderinin şişkin və narahat göründüyü saysız-hesabsız foto və videolar ortaya çıxıb. Putinin ayaqlarının nəzarətsiz titrəməsi və zəif koordinasiyası da onun səhhətində ciddi problemlərin olduğunu təsdiqləyir.

Xərçəng və Parkinson xəstəliyi iddialarına əlavə olaraq, 24 fevralda Ukraynaya hücumdan sonra yayılan görüntülərdə Putinin çıxışları zamanı daha tez-tez və dərindən nəfəs aldığı müşahidə olunur. Müəyyən edilib ki, böyüklər normalda dəqiqədə 12-20 dəfə nəfəs alıb-verərkən, oturmuş vəziyyətdə olan Putin dəqiqədə təxminən 40 dəfə nəfəs alır.

Tez-tez nəfəs almaq iki ciddi xəstəlikdən xəbər verə bilər: birincisi ağciyər xəstəliyidir. Tez-tez nəfəs alma astma, pnevmoniya və ya KOAH əlaməti də ola bilər.

İkinci ehtimal isə problemin ağciyərlərdə deyil, ürəkdə olmasıdır. Tez-tez nəfəs almaq ürək çatışmazlığı və inkişaf etmiş anemiya kimi xəstəliklərə də işarədir.

Digər tərəfdən, Rusiya prezidenti Putin gənc alimlər və sahibkarlarla keçirilən sessiyada diqqətçəkən etiraflar edib. Sanksiyalarla ölkəsinin dünya ilə əlaqəsi kəsildikdən sonra Putin ilk dəfə etiraf edib ki, vətəndaşlar daha yaxşı yaşamaları üçün on il gözləməli olacaqlar.

Sessiya zamanı bir nəfərin “10 ildən sonra daha yaxşı yaşayacağıq?”,- sualını cavablandıran Putin “bəli, nəhayət ki, həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq qarşıya qoyduğum məqsədlərə çatacağıq”, -deyib.




Bölməyə aid digər xəbərlər