00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Nüvə gücləri arsenallarını genişləndirəcək
Tarix: 13-06-2022 08:45 | Bölmə: Slayd
Nüvə gücləri arsenallarını genişləndirəcək

Ukraynadakı müharibə nüvə gücləri arasında gərginliyi artırıb və onların nüvə arsenalları soyuq müharibədən sonra ilk dəfə olaraq tezliklə böyüməyə başlayacaq.

Reyting.az
xəbər verir ki, bu qənaətə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) analitikləri gəlib.

“Bütün nüvə gücləri öz arsenallarını artırır və ya təkmilləşdirir, onların əksəriyyəti nüvə ritorikasına və nüvə silahlarının hərbi strategiyalarında oynadığı rola daha çox yer verir ki, bu da çox narahatedici tendensiyadır”, - institutun kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq illik hesabatında qeyd edib.

Həqiqətən də, Kremlin “xüsusi hərbi əməliyyat” adlandırmaqda israrlı olduğu Ukraynada müharibənin başlamasının üçüncü günündə Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir, ümumilikdə müxtəlif gücə malik 5 977 nüvə başlığı ilə ABŞ-dan təxminən 550 ədəd çoxdur. Birlikdə Rusiya və ABŞ-ın payına dünyadakı bütün döyüş başlıqlarının 90 faizindən çox düşür.

Bununla belə, institutun qeyd etdiyi kimi, onlara yaxın gələcəkdə 300-ə yaxın yeni buraxıcı raket şaxtasını istifadəyə vermək niyyətində olan Çin çatmağa çalışır.

Qurumun hesabatına görə, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər (ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, Hindistan, İsrail, Şimali Koreya və Pakistanda) döyüş başlıqlarının ümumi sayı 13 080-dən 12 705-ə düşsə də, onlardan ən azı 2 000-i daim yüksək hazırlıq vəziyyətindədir.

Qeyd olunur ki, son zamanlar əsasən Çin və İngiltərə nüvə silahlarını modernləşdirməyə çalışır. Şimali Koreyada son ballistik raket sınaqları son aylarda bölgədə gərginliyə səbəb olub. İranın əsas nüvə sınaqları da narahatlıq üçün əsas yaradır.

Araşdırmaya görə, Rusiya təxminən 6000 nüvə silahı ilə liderlik etsə də, ABŞ-da 5428, Çində 350, Fransada 290, İngiltərədə 225, Pakistanda 165, Hindistanda 160, İsraildə 90, Şimali Koreyada 20 nüvə silahının olduğu təxmin edilir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvü olan İngiltərə, Çin, Fransa, Rusiya və ABŞ bu ilin əvvəlində “nüvə müharibəsində qalib gəlməyin heç vaxt mümkün olmadığını” bildirən bəyanat yayıb. Digər tərəfdən, bu beş ölkənin nüvə silahı ilə bağlı atdığı addımlar diqqət çəkir.




Bölməyə aid digər xəbərlər