00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Zərdüşt Əlizadə: “Rusiyanı Ukraynaya vurduğu böyük ziyanı ödəməyə məcbur edəcəklər”
Tarix: 14-06-2022 10:46 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Rusiyanı Ukraynaya vurduğu böyük ziyanı ödəməyə məcbur edəcəklər”

“Hər şey Qərbin mövqeyindən asılı olacaq. Rusiya Luqanski, Donetski tuta, eləcə də Dneprin sağ sahilinə çıxa, Zaporoje və ya Çerinqovu da işğal edə bilər. Amma Qərb Ukraynaya hərbi, siyasi və maliyyə dəstəyini davam etdirsə, Rusiyaya qarşı sanksiyaları yumşaltmasa, vəziyyət dəyişəcək”.

Bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə Ukrayna müharibəsinin gedişatını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Ukrayna ordusu Qərbdən lazımi qədər silah-sursat aldıqdan sonra - söhbət ağır və həm də hücum silahlarından gedir, əks-hücuma keçərək ərazilərini təmizləyə bilər: “Bəli, bu halda Qərb həm də Ukraynaya siyasi dəstək verməli, onu məcbur etməməlidir ki, Rusiyanın diktəsini qəbul etsin. Əgər Qərb Ukraynaya “möhkəm ol, arxanda durmuşuq”,- deyəcəksə və silah-sursat problemlərini yoluna qoyacaqsa, Ukrayna ordusu əks-hücuma keçəcək. Beləcə, hazırda rus ordusunun hansı əraziləri işğal etməsindən asılı olmayaraq, Ukrayna ordusu öz ərazilərinə çıxa bilər. Bəli, Ukraynaya böyük ziyan dəyib, amma Rusiyanı bu ziyanın böyük hissəsini ödəməyə məcbur edəcəklər”.

Z. Əlizadə bu məsələdə nikbindir və hər şeyin Qərbdən asılı olduğuna əmindir:

“Əslində Qərbin əlinə nadir fürsət düşüb. Azğın, qaniçən, başqa xalqların hüquqları ilə hesablaşmayan, beynəlxalq hüququ pozan bir ölkəni yerində oturtmaq imkanı yaranıb. Bu imkanı əldən vermək böyük tarixi cinayət olardı. Odur ki, Qərb dövlətlərinin başçıları, xüsusilə, ABŞ, Britaniya, Polşa, Pribaltika, Şərqi Avropanın keçmiş sovet respublikaları bu fürsəti əldən verməməlidirlər. Əlbəttə, Almaniya, Fransa, İtaliya Kiyevin güzəştlərə getməsi müqabilində Rusiya ilə müharibəni dayandırmaq istəyirlər. Amma Ukrayna xalqı və hakimiyyəti bunu qəbul etmir. Bu baxımdan Qərb ardıcıl olmalıdır”.

Politoloq əlavə edib ki, ABŞ Konqresinin qəbul etdiyi “Lend-liz haqqında” qanun Baydenə geri çəkilməyə imkan vermir: “Geri çəkilmək bu qanunu pozmaqdır. Düzdür, indi siyasi manevr, ABŞ təhlükəsizliyi naminə ağır silahları Ukraynaya az qala çay qaşığında verirlər. Amma əminəm ki, kifayət qədər silah ehtiyatı toplandıqdan sonra Ukrayna xalqı və ordusu torpaqlarını azad edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər