11:15 / 12-06-2025
“TikTok”da dələduzluq edən şəxs saxlanılıb
11:01 / 12-06-2025
İlham Əliyev Putini təbrik edib
10:42 / 12-06-2025
Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət edib
10:23 / 12-06-2025
Xaricdə oxuyan 52 nəfərin diplomu tanınmayıb
10:11 / 12-06-2025
TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib
10:00 / 12-06-2025
İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
09:50 / 12-06-2025
Bakı məktəblərində attestat üçün 20 manatdan rüşvət yığırlar - Video
09:41 / 12-06-2025
DSMF sədrinə yeni müşavir təyin olunub
09:24 / 12-06-2025
Klinika rəhbərinin ölkədən çıxışına “stop” qoyulub
08:52 / 12-06-2025
30 yaşlı kişi "Niasitol"dan zəhərlənərək ölüb
07:47 / 12-06-2025
Prezident: “Latın Amerikasında demokratiya təhlükədədir”
07:42 / 12-06-2025
Astana “Power Central Asia+China” forumuna hazırlaşır
07:37 / 12-06-2025
Sabiq prezident sui-qəsddə şübhəli bilinir
07:31 / 12-06-2025
Kim Çen In: “Həmişə Rusiyanın yanındayıq!”
07:27 / 12-06-2025
Üç min avtomobilin olduğu yük gəmisi bir həftədir yanır
07:22 / 12-06-2025
Zelenski Luiz Silva ilə görüşmək istəyir
07:17 / 12-06-2025
Ağ ev Yaxın Şərqdən diplomatları və hərbçi ailələrini çıxarır
00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
22:53 / 11-06-2025
"Qarabağ" Marko Veşoviçlə yollarını ayırıb
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
19:03 / 11-06-2025
Mayora hücum edən idmançıların məhkəməsi başlayıb
18:04 / 11-06-2025
Kəmalə Günəşli toy sahibinə bakal atıb
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
17:47 / 11-06-2025
Maksim Qalkin oğlu ilə fotosunu paylaşıb - Foto
17:24 / 11-06-2025
Trampın vasitəçiliyi Rusiya-Ukrayna müharibəsini daha kəskin fazaya keçirib
17:19 / 11-06-2025
İlhamə Elşadqızı: "Mən tərtəmizəm, gül kimi də qızam”
17:16 / 11-06-2025
TDT-nin Zirvə görüşünün tarixi müəyyənləşib
17:09 / 11-06-2025
Müxalifətçiyə 18 il həbs cəzası verilib
16:55 / 11-06-2025
"Əməkdar artist" fəxri adı almaq istəyən musiqiçinin pulunu "atıblar"
10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:34 / 08-06-2025

14:45 / 07-06-2025

22:58 / 08-06-2025

11:43 / 07-06-2025

12:09 / 07-06-2025

09:10 / 08-06-2025

10:05 / 08-06-2025

13:07 / 10-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

Azərbaycanda məzhəblərarası təfriqə yaratmaq istəyirlər
Tarix: 14-06-2022 13:10 | Bölmə: Slayd

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyanat yayıb.
Reyting.az-ın məlumatına görə, QMİ-nin bəyanatında deyilir ki, Azərbaycan dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan dünyəvi, hüquqi-demokratik dövlətdir: “Ölkə Konstitusiyasına görə, bütün dinlər bərabər hüquqlara malikdir. Ateizm ideologiyasından qurtulmuş müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərimizin əsasında duran İslam dininə dövlət səviyyəsində xüsusi ehtiramlı münasibət bərqərar olmuşdur. Sovetlər dönəmində 17 məscidi olan Azərbaycanda müstəqillik dövründə 2000-dən artıq məscid, təqribən bu sayda imam dövlətin maddi dəstək və yardımı ilə fəaliyyət göstərir. Bütün ölkə boyunca, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə bərpa edilən və yenidən qurulan dini-mənəvi abidələrimiz, bütün dinlərə məxsus ibadətgah məkanları dövlətin ali diqqətinin təzahürüdür. Dövlət səviyyəsində həyata keçirilən bu işlərin şahidi bütün dünya ictimaiyyətidir. Həqiqət göz önündədir. Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulduğu kimi: «Yaxşı işlər görün! Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər» (Tövbə, 105)”.
Bəyanatda qeyd olunur ki, İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə önəm verən, müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği və müdafiəsi istiqamətində əməli səylər göstərən dövlət başçımız İlham Əliyev Azərbaycanda Multikulturalizm ili, ardınca İslam Həmrəyliyi ilini elan etməklə öz müdrik qərarları və müəllifi olduğu Bakı prosesi ilə dünya miqyasında dinlərarası dialoq, sivilizasiyalararası əməkdaşlıq işinə böyük töhfələr verməkdədir: “Azərbaycan dövləti dünyanın istənilən nöqtəsində İslamın müqəddəs məkanlarına, rəmz və şəxsiyyətlərinə qarşı hər hansı hörmətsizliyə, etnik, dini qarşıdurmalara yol açan nifrət çağırışlarına hər zaman qətiyyətli etiraz səsini ucaldır. Azərbaycanın dövlət rəhbəri islamofobiya meyllərinə qarşı öz qətiyyətli mövqeyini beynəlxalq aləmdə ən uca xitabət kürsülərində - BMT-də və nüfuzlu qlobal forumlarda səsləndirir, öz ardıcıl əməlləri, səyləri ilə dini-mənəvi dəyərlərinə ehtiramını xalqımıza və dünya ictimaiyyətinə nümayiş etdirir. Yüz illərdir ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadığı Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, etnik-dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Multikultural birgəyaşayış təcrübəmiz dünyada nümunəvi model olaraq təqdir olunur. İslam dünyasının mütərəqqi dövlətlərindən biri kimi tanınan, öz milli, dini-mənəvi dəyərlərini qoruyub inkişaf etdirən, bəşəri dəyərlərə önəm verən Azərbaycan dövlətinin əməli səyləri dünya miqyasında nüfuzumuzu artırır, bütün beynəlxalq müstəvilərdə mövqelərimizi möhkəmləndirir.
Təəssüflər olsun ki, Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətimizin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkəmizdəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır. Beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ölkəmiz haqqında böhtan və qarayaxma xarakterli məlumatların ötürülməsi, Azərbaycanın demokratik imicinə qarşı heç bir obyektiv reallığa əsaslanmayan çirkin təbliğatın aparılması, cəmiyyətimizin ən dəyərli üzvləri - xalqımızın Vətən müharibəsindəki qələbəsi naminə canlarını fəda etməyə hazır olan, sağlamlığını itirən qəhrəman qazilərimizi təxribata çəkmək yönündə xaricdən idarə edilən və maliyyələşdirilən hərəkətlər də bu qəbildəndir.
Azərbaycan dövləti beynəlxalq aləmdə qazandığı siyasi-mənəvi uğurlara azərbaycançılıq məfkurəsi, tarixi etnik-dini tolerantlıq ənənələri, zəngin multikultural dəyərləri ilə, dinlərarası və məzhəblərarası nadir anlaşma şəraitini bərqərar etməklə nail olmuşdur. Azərbaycan dünyada unikal ölkələrdəndir ki, dindarları məzhəb fərqi qoymadan eyni məsciddə namaz qılır, ibadət və bayram günlərini birgə keçirirlər. Xalqımızın çoxəsrlik mental dəyərləri və dövlətimizin müdrik siyasəti sayəsində təşəkkül tapan bu reallıq qibtə ilə yanaşı, təəssüf ki, bəzi dairələrdə qıcıq yaradır. Milli birliyimizə, daxili həmrəyliyimizə xələl gətirmək niyyəti ilə məzhəblərarası anlaşma mühitimizi hədəfə alan məkrli qüvvələr ölkə daxilində və xaricdən idarə olunan bəzi sosial media şəbəkələrində məqsədyönlü iş aparmaqdadırlar. İslam adından məkrli siyasi məqsədlər üçün sui-istifadə edən, mənəvi dəyərləri məqsədyönlü şəkildə təhrif edən, dinin əsaslarından anlayışı olmayan bəzi sosial şəbəkə fəalları insanları yanlış yola istiqamətləndirmək üçün canfəşanlıq göstərirlər. Bəlli məqsədlər naminə düşmən dəyirmanına su tökmək, qərəzli dezinformasiyaları əldə bayraq edərək müsəlmanların müqəddəs hissləri, xalqın heysiyyatı ilə oynamaq haqsızlıqdır. Müqəddəs dinimiz İslam sülh, anlaşma, əmin-amanlıq dinidir. Mahiyyətində bəşəri dəyərlər duran dinimizin adından təxribatlar üçün sui-istifadə olunması yolverilməz əməl, günah işdir.
Müzəffər ordumuz, fədakər Azərbaycan əsgəri heç bir etnik, dini və məzhəb fərqinə məhəl qoymadan 44 günlük müqəddəs Vətən müharibəsində möhtəşəm birlik nümayiş etdirdi, öz Ali Baş Komandanının əmri və xalqımızın qələbə çağırışı ilə səfərbər olaraq, bir səngərdə, çiyin-çiyinə misilsiz qəhrəmanlıqlar göstərdi, mədəniyyət paytaxtımız Şuşanı, bütün Qarabağı otuz illik düşmən işğalından xilas etdi. Mübarək şəhidlərimizi milli, dini, məzhəbi mənsubiyyətindən asılı olmayaraq, bütün din xadimləri birlikdə torpağa tapşırdıq. Qafqaz Müsəlmanları İdarəsi hər bir Azərbaycan vətəndaşını haqq mücadiləmiz zamanı olduğu kimi, bu gün də monolit birliyimizi qorumağa, dinindən, məzhəbindən asılı olmayaraq eyni cəbhədə olmağa, dövlətçiliyimizin mənafelərini müdafiə etməyə, milli-mənəvi həmrəyliyimizi pozmağa yönəlik təxribatlara uymamağa çağırır. Qalib Azərbaycan xalqı öz mənəvi dəyərlərinin sahibidir, Qarabağda əsarətdən qurtardığı İslami dini irsinə sahib çıxan millətdir. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilmişdir. Bu gün də müdrik dövlət başçımızın rəhbərliyi ilə xalqımız, ölkə dindarları milli-mənəvi dəyərlərimizin keşiyindədir, onu yad təsir və təxribatlardan göz bəbəyi kimi qoruyur və hər zaman da qoruyacaqdır. Uca Allah Azərbaycanı hifz etsin!”
Bölməyə aid digər xəbərlər

Dünən, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
Dünən, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
Dünən, 12:12
Dron müharibəsinin dərsləri
Dünən, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib