00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Əfqanıstan: “Taliban”dan qaçan keçmiş məmurlar xaricdə kral kimi yaşayır, əfqan xalqı isə...
Tarix: 15-06-2022 09:25 | Bölmə: Slayd
Əfqanıstan: “Taliban”dan qaçan keçmiş məmurlar xaricdə kral kimi yaşayır, əfqan xalqı isə...

Hazırda milyonlarla əfqan öz ölkəsində minimal yaşayış üçün amansız mübarizə aparır. Belə bir vaxtda, Qərb ölkələrindən illərlə dəstək alaraq Əfqanıstanı idarə etmiş şəxslər Türkiyə və digər ölkələrdə dəbdəbəli həyat tərzi sürürlər.

Reyting.az
xəbər verir ki, “Wall Street Journal”ın xüsusi hesabatına görə, ötən ilin avqustunda “Taliban” yenidən hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan hökumətindəki bəzi yüksək rütbəli şəxslər və onların qohumları ölkədən qaçıblar. Bu işdə onlara Türkiyə də köməklik göstərib.

Qeyd olunur ki, milyonlarla insan artan korrupsiya və yeni hakimiyyətin zülmünə dözüb, acından ölməmək üçün çarpışır.

“Taliban” hərəkatı ötən ilin avqustunda ölkədə hakimiyyəti geri aldıqdan sonra Əfqanıstandan qaçan bir çox keçmiş məmur Qərb ölkələrində çoxlu sayda dəbdəbəli iqamətgahlar alıblar.

“Wall Street Journal”ın xəbərinə görə, Əfqanıstanın keçmiş hökumət nümayəndələrinin bir çoxu ölkəni tərk etdikdən sonra müharibənin son illərində xaricdə aldıqları dəbdəbəli villa və mənzillərdə məskunlaşıblar. Qani hökumətində təmsil olunmuş bir çox məmur Avropada, Birləşmiş Ərəb Əmirliyində və Türkiyədə yaşayır.

Qəni hökumətinin üzvü olmuş yüksək vəzifəli məmurların qaçdığı yerləri araşdıran nəşr təəccüblü nəticələrə gəlib. Minlərlə əfqan “Taliban” hakimiyyəti altında çətin həyat sürərkən, müharibədən qaçan minlərlə insan başqa ölkələrdə yeni həyat axtardığı halda, illərlə Əfqanıstanı idarə edənlər uzaq ölkələrdə bahalı villalarda eyş-işrət içində yaşayırlar.

Keçmiş prezident Əşrəf Qani Əbu-Dabidə ailəsi üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ayrılmış villada yaşayır. Hələ ölkəni tərk etməzdən əvvəl bir çox dövlət məmurları xarici ölkələrdə vətəndaşlıq alıb, orada aldıqları dəbdəbəli iqamətgahlarda məskunlaşıblar. Qəniyə yaxın şəxslər arasında olan və müharibə zamanı İngiltərə vətəndaşlığı alan Həmdullah Muhib Floridada lüks bir kurortda yaşayır.

Qərbin dəstəklədiyi hökumətdə maliyyə naziri olmuş Eklil Hekimi də son illərdə Kaliforniyada milyonlarla dollar dəyərində ən azı 10 ev alıb.

“Taliban” hakimiyyətinə qədər ölkənin maliyyə naziri Halid Payendanın isə Vaşinqton yaxınlığında iki evi var.

Nəşr iddia edir ki, Türkiyə də Əfqanıstan hökumətinin bəzi yüksək vəzifəli şəxslərinin və onların yaxınlarının ölkədən getməsinə şərait yaradıb.

Keçmiş xarici işlər naziri Hanif Atmar qəzetə açıqlamasında bildirib ki, Əşrəf Qaninin ölkəni tərk etdiyini öyrənəndə şoka düşüb və Türkiyə Xarici İşlər Nazirliyinə zəng edərək ölkəni tərk etmək üçün kömək istəyib.

Qeyd edək ki, Əfqanıstanın keçmiş vitse-prezidenti Əbdürrəşid Dostum da daxil olmaqla bir çox keçmiş məmur hazırda Türkiyədə yaşayır.

Keçmiş iqtisadiyyat naziri Mustafa Məstur da “Taliban” hakimiyyətə gəlməzdən əvvəl İstanbulda aldığı mənzildə ömür sürür.

Müxtəlif ölkələrə qaçan bir çox keçmiş hökumət rəsmiləri “Taliban”ın qisas hücumlarına başlayacağından qorxaraq ölkəni tərk etdiklərini bildiriblər.

Onu da qeyd edək ki, “Taliban” hakimiyyətə gəldikdən sonra ölkəyə xarici yardımlar dayanıb və yeni sanksiyalar qüvvəyə minib. Hazırda ölkə böyük iqtisadi böhranla üz-üzə, əfqan xalqı isə əzab içindədir.





Bölməyə aid digər xəbərlər