00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
NATO-nun şimal cinahında təhlükə: Putin yeni hərbi bazalar üçün Çindən dəstək istəyib
Tarix: 16-06-2022 21:05 | Bölmə: Slayd
NATO-nun şimal cinahında təhlükə: Putin yeni hərbi bazalar üçün Çindən dəstək istəyib

Rusiya prezidenti Vladimir Putin bu dəfə gözünü qütb bölgəsinə dikib. Yeni hesabata görə, Putin Çinin dəstəyi ilə Arktika bölgəsində hərbi varlığını artırmağa başlayıb.

Reyting.az
xəbər verir ki, Çexiyadakı “Marko Kvitas” analitik mərkəzinin yeni hesabatı Rusiyanın Arktika bölgəsini silahlandırmaq və onu “gələcəyin döyüş meydanına” çevirməyi planlaşdırdığını ortaya qoyub.

Hesabatda Qərb ölkələrinə Putinin planları ilə bağlı xəbərdarlıq edilib.



Hesabata görə, Putin illərdir Arktika dairəsinin şimalında hava bazaları, raket buraxılış meydançaları, radar stansiyaları və dəniz gəmiqayırma zavodları inşa edib. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra regionun yenidən qiymətləndirilməsinə xüsusi diqqət yetirilib.

Analitik mərkəzin hesabatında qeyd olunur ki, Yüksək Şimal Rusiyanın hərbi super gücə iddia edəcəyi yeganə bölgə ola bilər.

Hesabatda həm də iddia olunur ki, Rusiya bu bölgədə yeni ticarət yolları axtarışındadır.

Mütəxəssislər Putinin bir müddətdir ki, sanksiyalara görə maliyyə çətinliyi çəkdiyini, Çindən maliyyə dəstəyi istəyəcəyini düşünürlər. İddia olunur ki, əgər Rusiya və Çin birlikdə dünyanın zirvəsində otursalar, bu, Qərb üçün böyük təhlükəyə çevriləcək.



İngiltərə isə müttəfiqlərini Avstraliya ilə birgə bölgədə AUKUS razılaşmasına bənzər yeni bir CAUKUS ittifaqı yaratmağa və nüvə sualtı qayıqları da daxil olmaqla, hərbi güc yerləşdirməyə çağırıb.

“Rusiyanın Arktikada ekspansiyasının yaratdığı təhlükəni anlamalıyıq. Bütün diqqətlər Ukraynada olduğu halda, Rusiya Arktikada yeni nəsil nüvə sualtı qayıqlarını və hipersəs raketlərini sınaqdan keçirir və regionda mövcudluğunu gücləndirir”, - deyə hərbi ekspert və hesabatı hazırlayan Rob Klark deyib.

Putin həmçinin generallarına Arktika üçün göstəriş verib və bölgədəki hərbi mövcudluğunu gücləndirib. Qlobal ticarətə hakim olmaq üçün atılan bu addım Qərb ekspertləri tərəfindən narahatlıqla qarşılanır.

“NATO öz şimal cinahını qorumalıdır və Britaniya Rusiyanın fəaliyyətlərini yaxından izləmək üçün Arktikada səfir yerləşdirməlidir”, - Klark əlavə edib.



Reyting.az




Bölməyə aid digər xəbərlər