00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Deputat: “Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyənlər var”
Tarix: 17-06-2022 12:50 | Bölmə: Slayd
Deputat: “Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyənlər var”

“Şuşa Bəyannaməsinin öldönümünə həsr olunmuş və Şuşada keçirilən beynəlxalq konfransı 3 məqama görə yüksək dəyərləndirirəm”.

Reyting.az
xəbər verir ki, bunu parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, Şuşada iqtidarla müxalifət birliyi vacib məqam olub:

“Birincisi, bu tədbir demək olar ki, əksər müxalifət partiyalarının iştirak etdiyi ilk protokol tədbiri idi və bu, bizi birbaşa Şuşa prosesinin iştirakçısına çevirdi, müxalifətlə iqtidar arasında münasibətləri daha da sivilləşdirdi.

İkincisi, Vətən müharibəsində iqtidarla müxalifətin milli məsələlərdə bir olduğunun heç də sarsılmadığını, əksinə, daha da gücləndiyinin göstəricisi oldu. Bu isə özlüyündə aramızda zəif bənd axtarışını puça çıxardı.

Üçüncüsü, Türkiyə müxalifət nümayəndələrinin də iştirakı prosesi Türkiyə iqtidar-müxalifət, Azərbaycan iqtidar-müxalifət prosesinə çevirməklə bütün çevrəmizə və dünyaya güclü mesaj göndərmiş oldu. Prosesin bu şəkildə getməsindən məmnunam, zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm. Birliyimiz heç sarsılmasın”.

R. Nurullayev əlavə edib ki, Qarabağda gözəl quruculuq işləri gedir: “Buna çox sevinirik! Maşallah, azad olunan ərazilərimiz də çox böyükdür. Bu boyda ərazidə işləri dövlətin öz gücü ilə etməsi uzun zaman çəkə bilər. Həm də bu yükün hamısını dövlətin çəkməsi, zənnimcə doğru deyil. Bu xərclər büdcəmiz üzərində ciddi yük olacaq. Dövlət yalnız ehtiyacı olanlara ev tiksin, şəhərlər salsın, bina evlərini tiksin. Kəndlərin tikintisi layihələndirilsin və imkanlı köçkünlər Qarabağın məskunlaşmasına cəlb edilsin. Aidiyyatı qurum layihələrin həyata keçirilməsinə, standartlara və təsdiq olunmuş layihələrə uyğun kənd evlərinin, biznes obyektlərin tikintisinə nəzarət etsin. Xalq birbaşa Qarabağın məskunlaşmasına cəlb olunsun. İnanıram ki, işğaldan azad olunan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar. Dövlət yalnız infrastruktur layihələri həyata keçirsin, tikinti materialları bazarı yaratsın, Qarabağda olan tikinti materiallarının istehsalı və satışı üçün böyük layihələrin həyata keçirilməsi üçün iş adamlarına kredit versin, şərait yaratsın. Dövlət tikinti materiallarının münasib qiymətə istehsal və satışına kömək etsin. Bunu edəriksə, inanıram ki, üç il ərzində Qarabağı əsasən məskunlaşdıra bilərik”.

R. Nurullayev aidiyyatı qurumlara müraciətində deyib ki, əgər belə planlar varsa, Milli Məclisin deputatlarını da məlumatlandırsınlar: “Deyilə bilər ki, cənab prezident icazəsiz bir daşın daş üstünə qoyulmamasını tapşırıb və bunu dəstəkləyirəm. Elə Bakı və ətrafındakı xaos göz önündədir, prezident də bunu deyib. Tikinti işlərini necə gəldi yox, planlı şəkildə, təsdiq olunmuş layihələr üzrə həyata keçirmək lazımdır. Mən də bunu təklif edirəm. Təsdiq olunmuş layihələr üzrə imkanlı şəxslərə özlərinə, qohum-əqrəbasına ev tikməyə imkan verilsin. Təbii, çalışaq ki, bunlar birinci evləri olsun, daha tikib, qapısını bağlayıb şəhərə qayıtmasınlar. Hərçənd ki, bunu da qadağan etmək doğru olmaz. Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyir”.




Bölməyə aid digər xəbərlər