00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Nüvə sualtı qayığında qalmaqal: zabitlərin intim əlaqələri aşkarlanıb - Fotolar
Tarix: 17-06-2022 18:00 | Bölmə: Slayd
Nüvə sualtı qayığında qalmaqal: zabitlərin intim əlaqələri aşkarlanıb

2017-ci ildə adı üç qalmaqalda hallanan İngiltərə donanmasının nüvə sualtı qayığı son aylarda yeni biabırçılıqla gündəmə gəlib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, Kral Hərbi Dəniz Qüvvələrinin leytenantı məxfi nüvə sualtı bazasında dənizçi sevgilisi ilə nalayiq videolar çəkərkən yaxalanıb.

“Kally Taylor” təxəllüsündən istifadə edən 29 yaşlı leytenant Kler Cenkinsin Qlazqo yaxınlığındakı Faslane şəhərində nüvə sualtı qayığında bir neçə film çəkdiyi məlum olub. Leytenant barədə qadının cinsi məzmunlu videolarının sifarişlə satılmasından sonra araşdırma başlayıb. Qadının adının Liam Doddinqton olduğu öyrənilən dənizçi sevgilisi ilə mütəmadi olaraq nalayiq şəkillər paylaşdığı da məlum olub.

Kral donanması ilə bağlı qalmaqalda adları hallananlardan biri 30 yaşlı leytenant, digəri isə evli, iki övladı olan 37 yaşlı mayordur. Zabitlər bir-birinə elektron məktublar göndərməklə milli təhlükəsizliyə təhlükə yaradıblar. 30 yaşlı leytenant Sofi Bruk nüvə sualtı qayığında ilk qadın döyüş zabiti olub və “pioner” hesab olunurmuş.



Qeyd edək ki, qadınlara yalnız 2011-ci ildən sualtı qayıqlarda xidmət etməyə icazə verilib. Hətta S. Bruka donanma sualtı qayığının ilk qadın kapitanı olmaq tövsiyə edilib. Lakin o və mayor Nikolas Stoun gizli sualtı hərəkətlərini paylaşaraq Britaniyanın Trident nüvə qarşısının alınmasının məxfiliyini riskə atıb. Onların mesajlarına “Vanguard” sinifli “HMS Victorious” sualtı qayığının yola düşmə vaxtı, həmçinin istiqamət, sürət və səyahət dərinliyi daxildir.

Hərbi məhkəmə iclasında bütün bunların “düşmən üçün faydalı” olacağı və ölkənin nüvə qarşısının alınmasının “tikinti blokunu” zəiflətmək riski olduğu bildirilib.

Yahoo hesabına göndərilən mesajlar, Stounun evli və iki övladı olmasına baxmayaraq, cütlük arasındakı “gizli cinsi əlaqənin” bir hissəsidir. Stounun ordudan qovulması və dörd aylıq şərti cəza çəkməsi ilə zabitlərin karyerası və reputasiyası alt-üst olub.

Mesajların ortaya çıxmasından sonra istefa verən və ailə avtosalonunda işə başlayan Bruk da rəsmi olaraq işdən çıxarılaraq 5 aylıq şərti həbs cəzasına məhkum edilib.

Qeyd olunur ki, Bruk 2011-ci ildə 18 yaşında Hərbi Dəniz Qüvvələrinə qoşulub. 2003-cü ildən Hərbi Dəniz Qüvvələrində xidmət edən Stoun isə “HMS Ambuş”da mühafizəçi olub.

Bruk və Stoun bütün ittihamları qəbul edib.





Bölməyə aid digər xəbərlər