Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub - Yenilənib
Tarix: 19-06-2022 10:26 | Bölmə: Slayd
Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub - Yenilənib

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tututb. İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

***

Son məlumata görə, iyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə yenidən atəşə tutub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}