ANAMA-nın daha bir əməkdaşı minaya düşüb
Tarix: 19-06-2022 11:46 | Bölmə: Slayd
ANAMA-nın daha bir əməkdaşı minaya düşüb

İyunun 19-u saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Reyting.az
-ın məlumatına görə, Cəbrayıl Rayon Prokurorluğundan bildiriblər ki, hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci il 17 iyun tarixində də Cəbrayıl rayonu ərazisində mina partlayışı baş verib və ANAMA-nın əməkdaşları - Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı, Cəlal Babayev xəsarət alıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}