10:42 / 12-06-2025
Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət edib
10:23 / 12-06-2025
Xaricdə oxuyan 52 nəfərin diplomu tanınmayıb
10:11 / 12-06-2025
TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib
10:00 / 12-06-2025
İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
09:50 / 12-06-2025
Bakı məktəblərində attestat üçün 20 manatdan rüşvət yığırlar - Video
09:41 / 12-06-2025
DSMF sədrinə yeni müşavir təyin olunub
09:24 / 12-06-2025
Klinika rəhbərinin ölkədən çıxışına “stop” qoyulub
08:52 / 12-06-2025
30 yaşlı kişi "Niasitol"dan zəhərlənərək ölüb
07:47 / 12-06-2025
Prezident: “Latın Amerikasında demokratiya təhlükədədir”
07:42 / 12-06-2025
Astana “Power Central Asia+China” forumuna hazırlaşır
07:37 / 12-06-2025
Sabiq prezident sui-qəsddə şübhəli bilinir
07:31 / 12-06-2025
Kim Çen In: “Həmişə Rusiyanın yanındayıq!”
07:27 / 12-06-2025
Üç min avtomobilin olduğu yük gəmisi bir həftədir yanır
07:22 / 12-06-2025
Zelenski Luiz Silva ilə görüşmək istəyir
07:17 / 12-06-2025
Ağ ev Yaxın Şərqdən diplomatları və hərbçi ailələrini çıxarır
00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
22:53 / 11-06-2025
"Qarabağ" Marko Veşoviçlə yollarını ayırıb
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
19:03 / 11-06-2025
Mayora hücum edən idmançıların məhkəməsi başlayıb
18:04 / 11-06-2025
Kəmalə Günəşli toy sahibinə bakal atıb
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
17:47 / 11-06-2025
Maksim Qalkin oğlu ilə fotosunu paylaşıb - Foto
17:24 / 11-06-2025
Trampın vasitəçiliyi Rusiya-Ukrayna müharibəsini daha kəskin fazaya keçirib
17:19 / 11-06-2025
İlhamə Elşadqızı: "Mən tərtəmizəm, gül kimi də qızam”
17:16 / 11-06-2025
TDT-nin Zirvə görüşünün tarixi müəyyənləşib
17:09 / 11-06-2025
Müxalifətçiyə 18 il həbs cəzası verilib
16:55 / 11-06-2025
"Əməkdar artist" fəxri adı almaq istəyən musiqiçinin pulunu "atıblar"
16:03 / 11-06-2025
Ali Məhkəmə “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi" ilə bağlı qərar qəbul edib
15:58 / 11-06-2025
Müğənni Əlikram Bayramovun qardaşı oğlu itkin düşüb
15:54 / 11-06-2025
İsazadə: Bizə real sülh lazımdır, kağız üzərində sülhü əhəmiyyətli saymıram
10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:34 / 08-06-2025

14:45 / 07-06-2025

22:58 / 08-06-2025

11:12 / 07-06-2025

11:43 / 07-06-2025

12:09 / 07-06-2025

09:10 / 08-06-2025

10:05 / 08-06-2025

13:07 / 10-06-2025

08:48 / 09-06-2025

Dünyanı heyrətləndirən 5 ekspedisiya
Tarix: 19-06-2022 12:17 | Bölmə: Slayd

112 il bundan əvvəl dünyaya gələn məşhur fransız səyyahı, tədqiqatçı Jak-İv Kusto ömrünün sonuna yaxın İslamı qəbul edibmiş.
Jak-İv Kusto (Jacques-Yves Cousteau) 1910-cu il iyunun 12-də Fransanın Bordo şəhərində anadan olub. O, dünya okeanının məşhur tədqiqatçısı, ixtiraçı, fotoqraf, rejissor, çoxsaylı kitabların və filmlərin müəllifidir.
(Əvvəli ötən istirahət günü yayımlanıb)
3. Böyük Sualtı Qaya
Canlı orqanizmlərin əmələ gətirdiyi Böyük Sualtı Qaya planetin ən nəhəng obyekti sayılır. Avstraliyanın şimal-şərqində, Kvinslend ştatının sahillərindəki bu mərcan rifi hətta kosmosdan görünür. Sahəsi 348.700 kvadrat kilometrə çatan bu ekosistem 2.900 sualtı qayadan, bərk və yumşaq 600 mərcan növündən yaranmış yüzlərlə adadan ibarətdir. Daha 900 ada isə Mərcan dənizində yerləşir. Bu sualtı qayaların Kustonun qızğın marağına səbəb olduğu şəksizdir və nəticədə 1987-ci ilin sonunda “Kalipso” ekspedisiya gəmisi mərcanlar möcüzəsini hərtərəfli araşdırmaq üçün Avstraliyanın həmin sahil sularına istiqamət götürdü.
Ekspediyanın davam etdiyi 3 ay ərzində Kusto mərcan poliplərinin həyat və fəaliyyətinin ən xırda detallarını, o cümlədən, ayrı-ayrı növlərin kütləvi çoxalma səhnələrini lentə köçürməyə nail oldu. Bundan ötrü tədqiqatçılar suyun dərinliyinə enməli, saatlarla səbirlə gözləməli oldular. Ekspedisiya üzvləri akulalar, skatlar, dəniz tısbağaları, Napoleon balıqları, tutuquşu-balıqlar, qripperlər, eləcə də Böyük Sualtı Qayanın zəngin heyvanat aləminin digər nümayəndələri barədə çox şey öyrəndilər. Kustonun komandası burada fəal inkişaf etməkdə olan turizmin qayaların ekosisteminə mənfi təsirini də nəzərdən qaçırmadı.
4. Antarktida
Tanınmış fransız okeanoqrafın ən yaddaqalan və nəfəskəsici ekspedisiyalarından biri kimi, onun Yer kürəsinin ən soyuq qitəsinə səyahətini qeyd etmək olar. Birinci səyahət 1972-1973-cü illərə təsadüf etdi. O zaman kapitan Kustonu Antarktidanın əzəməti və onun planetin iqliminin, su və tempetatur balansının saxlanmasındakı rolunun əhəmiyyəti heyrətləndirmişdi. Dahi fransız qitə ilə bağlı təcrübəsini, gəldiyi nəticələri və aldığı təəssüratı özünün beş saatlıq televiziya proqramında və bədii-sənədli filmində tamaşaçılarla bölüşdü.

Ötən əsrin səksəninci illərinin sonlarında dünyada Vellinqton konvensiyası çərçivəsində buz qitənin faydalı qazıntılarının emalı və istifadəsi barədə danışılanda nüfuzlu okeanoqraf buna qarşı genişmiqyaslı kampaniya təşkil elədi. Məqsəd Antarktidanın antropogen təsirlərdən mühafizəsini təmin edən, 1959-cu ildə imzalanmış Müqavilənin pozulmasının qarşısını almaq, qitənin mineral resurslarının çıxarılmasını və emalını tam qadağan etmək idi. Bu problemə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdən ötrü, o, yenidən Antarktidaya yola düşmək qərarına gəlir. Kusto bu dəfə özü ilə ekspedisiyaya 11-12 yaşlarında üç oğlan və üç qız uşağını da götürür. Azyaşlıların səyahətdə iştirakı onu nümayiş etdirirdi ki, gələcək nəslin də bu qitəyə haqqı çatır. Onların “Kalipso”dakı macərasını bütün dünya izləyirdi. Artıq bir ildən sonra Antarktidaya dair Müqavilənin iştirakçı-dövlətləri qarşıdakı minimum 50 il müddətində bu qitədə faydalı qazıntı işlərini qadağan edən yeni protokola imza atdılar.
5. Madaqaskar
Ərazisinə görə planetin dördüncü adası sayılan Madaqaskar özünün flora və faunası ilə dünyada məşhurdur. Adanın yerli heyvan və bitki növlərinin 80 faizinə Yer kürəsinin başqa yerində rast gəlinmir. Bu onunla izah olunur ki, Madaqaskarın təbiəti milyon illərlə planetin digər ərazilərindən təcrid olunmuş formada inkişaf edib. Təəccüblü deyil ki, kapitan Kusto öz komandası ilə buraya təşrif buyuranda artıq onun yaşı 80-i ötmüşdü.

Madaqaskara ekspedisiya 1994-cü ildə start götürdü və nə az, nə çox, düz altı ay davam elədi. Bu müddət ərzində tədqiqatşılar adanın heyvanat və bitki aləmini detallı şəkildə öyrənə bildilər. Onlar bu zaman Antananarivin dağ massivinin tarixəqədərki meşələrini gəzməyə, həmçinin Mozambik kanalının sularına baş vurmağa da imkan tapdılar. Budan savayı, tədqiqatçılar Antananarivonun şəhər gecəqondularının sakinlərinin, sahilin cənub-qərbində məskunlaşmış balıqçıların özünəməxsus məişəti ilə yaxından tanış olmağı da bacardılar. Onlar yerli sakinlərlə görüşləri əsnasında, burada icra olunan bənzərsiz yerli ayinlərlə bağlı nadir səhnələri lentə almağa müvəffəq oldular. Belə ayinlərdən biri Famadixana mərasimidir. Mərasim zamanı sakinlər dünyasını dəyişmiş əcdadlarının qalıqlarını məzardan qazıb çıxarır, onlara yeni paltarlar geyindirir, qollarının üstündə tutub bərabər rəqs edir, hətta uluları ilə danışırlar...
“Quran mənim bəsirət gözümü açdı...”
Son dövrlər İslam dini Fransada sürətlə yayılmaqdadır. Müsəlmançılığı qəbul edənlərin arasında elmin müxtəlif sahələrində tanınmış, məşhur şəxslər daha çoxdur. Avropanın bu ölkəsində İslama üz tutanların sayı yüz mini ötüb. Bu rəqəmi Fransa katolik kilsəsinin ali dini lideri - Paris Arxiyepiskopu rəsmən təsdiqləyib. İslama üstünlük verən tanınmışlardan biri də tədqiqatçı-alim, okeanoqraf Jak-İv Kustodur. Məhz elmi araşdırmaları onu İslama gətiurib çxarıb. Müəllifi və aparıcısı olduğu “Canlı dəniz” tele-proqramında Kusto çay, dəniz və okeanların heyrətamiz sualtı dünyalarından bəhs edir. Qibraltar boğazına tökülən suların mənbə və mənsəbini araşdıran alim elmi izahını tapmadığı bir faktı üzə çıxarır: bir-birinə qarışmayan suyun iki təbəqəsi. “Onları bir-birindən sanki nazik pərdə ayırır və öz aralarında dəqiq sərhədə malikdir. Bunlar Qibraltar boğazında görüşən Aralıq dənizinin və Atlantik okeanın sularıdır. Bu proses min illərdir davam edir”- deyir Kusto. Bununla bağlı həqiqəti müsəlmançılığı qəbul etmiş doktor Moris Bukedən öyrənən okeanoqraf həmin söhbəti belə xatırlayır: “Mən ona kəşfim barədə deyəndə, sakitcə qayıtdı ki, bu haqda on dörd əsr bundan əvvəl Quranda yazılıb. Bunu eşidəndə sanki açıq səmada şimşək çaxdı və Quranın tərcüməsini oxuyanda öz-özümə dedim: “And olsun ki, müasir elmi 1400 il qabaqlayan Quran insan zəkasının məhsulu ola bilməz. Bu, Ulu Yaradanın ilahi kəlamıdır. Məhz bundan sonra İslamı qəbul elədim və hər gün bu dinin həqiqət, ədalət, və faydasına heyran qalıram. Mənim bəsirət gözümü açdığına görə Allahıma hədsiz dərəcədə minnətdaram...”.
*Fransanın nüfuzlu Fəxri Legion Ordeninə layiq görülən Jak-İv Kusto 1997-ci il iyunun 25-i, 87 yaşında miokard infarktından dünyasını dəyişib. Hökumət səviyyəsində onunla milli vidalaşma mərasimi təşkil edilib və dahi fransız Parisin Sent-Andre-de-Kübzak qəbiristanlığında dəfn olunub.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
Dünən, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
Dünən, 12:12
Dron müharibəsinin dərsləri
Dünən, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib