07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Paşinyan sülh sazişini imzalamaqdan yayınmaq üçün müxalifətlə gizli anlaşma əldə edib?
Tarix: 20-06-2022 15:55 | Bölmə: Slayd
Paşinyan sülh sazişini imzalamaqdan yayınmaq üçün müxalifətlə gizli anlaşma əldə edib?

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqdan, kommunikasiyaların açılmasından qaçmaq istəyir. Bir müddətdir ki, Ermənistanda mitinqlər, küçə yürüşləri və digər tədbirlər keçirilir. Müxalifət elan edir ki, Azərbaycanla danışıqlar aparmaq və sülh razılaşması əldə oluna bilməz”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Qarabağ ətrafındakı vəziyyətdən danışarkən bildirib.

Araz Əlizadə ehtimal edir ki, əslində erməni müxalifətinin son hərəkətləri Nikol Paşinyan hökuməti ilə əvvəlcədən razılaşdırılıb. “Nəticədə Paşinyan görüşlər zamanı deyir ki, sülh müqaviləsini bağlamağa hazır olsa da, müxalifət buna imkan vermir. Nədənsə sülh müqaviləsinin bağlanması məsələsi reallığa çevriləndə İrəvanın mərkəzində vəziyyət “gərginləşir”, - deyə A. Əlizadə əlavə edib.


Araz Əlizadə

ASDP sədri diqqətə çatdırıb ki, yuxarıda qeyd etdiyi məsələlər əslində ermənilərin köhnə oyunlarının davam etməsini göstərir. Onun sözlərinə görə, bu oyun uzun müddət davam edə bilməz: “Moskvadan sonra Paşinyan Brüsselə üz tutdu, amma orada da Şarl Mişel dedi ki, get, müqaviləni imzala, Azərbaycanla problemləri yoluna qoy. Ona görə ki, indi həm Avropaya, həm də Rusiyaya sülh müqaviləsi, regionda sakitlik lazımdır”.

A. Əlizadə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev öz siyasətini yeridir və Azərbaycanın maraqlarını əsas götürür:

“Prezident Əliyev Bakıda baş tutan beynəlxalq tədbirdə də Ermənistana bir daha səsləndi, ona xəbərdarlıq etdi. Başqa cür ola da bilməz. Prezident dünya siyasətində nəyin necə baş verdiyini çox yaxşı bilir. Hesab edirəm ki, bu məsələdə İrəvan sona qədər dayana bilməyəcək”.

ASDP sədri hesab edir ki, hərbi əməliyyatların bərpası mümkün görünmür:

“Sizə deyim ki, sərhəddə atışmalar olub və bundan sonra da olacaq. Sülh müqaviləsindən sonra da bunu görəcəyik. Mən məsələlərə reallıqla yanaşıram. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması hamıya lazımdır. Belə bir dəhliz məsələsi gündəmdəykən müharibə variantı real görünmür”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}