“Terminator”lar döyüşdə - Rus ordusu robot-silahlara qarşı savaşacaq
Tarix: 21-06-2022 15:50 | Bölmə: Slayd
“Terminator”lar döyüşdə - Rus ordusu robot-silahlara qarşı savaşacaq

Ukrayna müharibəsi tam sürətlə davam edir. Bir çox yeni silahın ilk dəfə sınaqdan keçirildiyi döyüş meydanında “Terminator” adı verilən silahın da istifadəsinə başlanılıb. Ukraynanın istifadə etdiyi silah həm də düşmən qoşunlarını tələyə salmaq üçündür.

Reyting.az
xatırladır ki, fevralın 24-də başlayan müharibə hazırda Ukraynanın Şərq hissəsində davam edir. Müharibənin ilk günlərində Kiyevə hücum edən, amma paytaxtı nəzarətə götürə bilməyən Rusiya Donbasdakı hədəflərinə doğru irəliləyir.

Rusiyanın hücumlarına qarşı bir çox ölkədən yardım alan Ukrayna ordusu döyüşdə ən müasir silahlardan istifadə etməyə başlayıb. İngiltərənin “Mirror” qəzeti yazır ki, artıq Ukrayna “Terminator” silah-robotdan da istifadə edir.

Məlumata görə, 7.62 hücum pulemyotu olan GNOM yüzlərlə metr uzaqlıda gizlənən bölmələr tərəfindən idarə olunur.



Mənbələr Ukrayna istehsalı olan silah-robotun çox yaxşı kamuflyaj edildiyini və rus qoşunlarını pusquya salmaq üçün istifadə olunduğunu bildirirlər. Bu, GNOM-un münaqişədə əsas rol oynaya biləcəyini göstərir.

Qeyd edək ki, Ukrayna rəsmiləri Qərbin ölkəyə verdiyi dəstəyin yetərli olmadığını və Şərqdəki müharibədə rus qoşunlarına müqavimət göstərmək üçün vəd edilən silahların sürətlə göndərilməsinin vacibliyini bildirirlər.

Onu da diqqətə çatdıraq ki, Rusiya müharibədəki itkilərini açıqlamasa da, Ukrayna rəsmiləri hər gün 200-ə qədər əsgərinin öldürüldüyünü deyir. Rusiya qüvvələri Ukraynanın Şərq hissəsində tədricən yeni mövqelər qazanır, lakin ekspertlər onların böyük itkilər verdiyini bildirirlər.

Rusiyanın Zaporojya bölgəsində və Xarkov istiqamətində qüvvələrini topladığını açıqlayan Ukrayna lideri Zelenski deyib ki, Donbasda şiddətli toqquşmalar davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}