17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Lavrov Bakıda Azərbaycan-Ermənistan problemini müzakirə edəcək
Tarix: 22-06-2022 12:25 | Bölmə: Slayd
Lavrov Bakıda Azərbaycan-Ermənistan problemini müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov İrana işgüzar səfərə gedəcək.

Reyting.az
-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrovun Tehrana səfəri iyunun 22-23-də baş tutacaq.

Zaxarova Rusiya XİN başçısının Tehrana səfəri zamanı ikitərəfli münasibətlərin, İranın nüvə problemi ətrafındakı vəziyyətin, Suriya və Ukrayna problemlərinin müzakirəsinin planlaşdırıldığını söyləyib.

Lavrov Tehran səfərindən sonra, iyunun 23-24-də Bakıda işgüzar səfərdə olacaq.

Mariya Zaxarova deyib ki, Sergey Lavrovun Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.

M. Zaxarova diqqətə çatdırıb ki, S. Lavrovun azərbaycanlı həmkarı C. Bayramovla danışıqları planlaşdırılır.

Səfər zamanı Moskvada 22 fevral 2022-ci il tarixində imzalanan müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}