Türkiyə Rusiya-Ukrayna məsələsində müsbət nəticə əldə edib - Limanlardakı taxılın daşınmasına başlanılır
Tarix: 22-06-2022 18:23 | Bölmə: Slayd
Türkiyə Rusiya-Ukrayna məsələsində müsbət nəticə əldə edib - Limanlardakı taxılın daşınmasına başlanılır

Taxıl yüklənmiş ticarət gəmilərinin Ukraynadan çıxması üçün həyata keçirilən “qırmızı xətt diplomatiyası” çərçivəsində Türkiyə və Rusiyanın hərbi nümayəndə heyəti Moskvada görüşüb. Məlumata görə, görüşün nəticəsi müsbət olub və Türkiyənin “Azov Concord” gəmisi Mariupol limanını tərk edə bilib.

Reyting.az
xatırladır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ərzaq böhranının həlli istiqamətində diplomatik səyləri və milli müdafiə naziri Hulusi Akarın Rusiya müdafiə naziri Sergey Şoyqu və Ukrayna müdafiə naziri Oleksey Reznikov ilə keçirdiyi görüşlərdən sonra Türkiyə, Ukrayna və Rusiya arasında “qırmızı xətt” yaradılıb.

“Qırmızı xətt” çərçivəsində həyata keçirilən diplomatiya artıq müsbət nəticələr verməyə başlayıb. Bu fonda Türkiyə Müdafiə Nazirliyindən hərbi heyət ərzaq böhranının həlli, Ukrayna limanlarında gözləyən taxıl yüklü ticarət gəmilərinin boşaldılması, Türkiyə hərbi təyyarələrinin Borispol hava limanından təhlükəsiz daşınması kimi məsələləri müzakirə etmək üçün Rusiyaya gedib.



Paytaxt Moskvada “qırmızı xətt” diplomatiyası çərçivəsində təyin olunmuş Türkiyə və Rusiya generallarının başçılıq etdiyi hərbi heyətlərinin görüşünün konstruktiv və müsbət atmosferdə keçdiyi bildirilir.

Ukrayna limanlarından taxıl yüklü ticarət gəmilərinin boşaldılmasının müzakirə edildiyi görüşdə problemin həlli üçün Türkiyə, Rusiya, Ukrayna və BMT arasında danışıqlar üçün anlaşma da əldə edilib. Bu kontekstdə Ukrayna və BMT tərəfi ilə keçirilən görüşlərin ardından yaxın həftələrdə Türkiyədə dördtərəfli görüşün keçiriləcəyi məlum olub.

Digər tərəfdən, Moskvadakı görüşdən cəmi bir neçə saat sonra günlərlə gözləyən Türkiyənin yük gəmisi Ukrayna limanını tərk edib.

Bununla da Türkiyənin “Azov Concord” gəmisi Rusiya ordusu və separatçıların nəzarətində olan Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}