Dəhşətli hesabat: hər 60 dəqiqədə 5-dən çox qadın öldürülür
Tarix: 24-11-2022 15:14 | Bölmə: Slayd
Dəhşətli hesabat: hər 60 dəqiqədə 5-dən çox qadın öldürülür

Ötən il dünyada hər saat ərzində 5-dən çox qadın öldürülüb.

Reyting.az
xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, keçən il dünyada təxminən 81,100 qadın və ya qız qətlə yetirilib. Bunların təxminən 45.000 nəfəri həyat yoldaşları, sevgililəri və ya ailə üzvləri tərəfindən öldürülüb.

25 Noyabr - Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar BMT-nin Qadınlar İdarəsi ilə Narkotiklərə və Cinayətkarlığa qarşı İdarəsinin birgə hazırladığı hesabat ictimaiyyətə təqdim edilib.

Hesabatda genderlə bağlı qətllərin qarşısının alınmasında dünya miqyasında çox az irəliləyiş əldə edildiyi, lakin bu istiqamətdə daha möhkəm və sürətli addımların atılmasının vacibliyi vurğulanıb.

Qadınlara qarşı zorakılıq ən çox insan haqları pozuntusu ilə bağlıdır. Hesabatda qeyd olunur ki, qadın və qızlara qarşı gender zəminində qətllərin qarşısı lazımi addımlarla alına bilər.

Hesabatda ötən il 81 min 100 qadın və ya qızın qəsdən öldürüldüyü, son 10 ildə qadın cinayətlərində azalma olmadığı, qadın və ya qızlara qarşı törədilən cinayətlərin əksəriyyətinin cinsiyyətə əsaslandığı diqqətə çatdırılır.

Bildirilir ki, ötən il dünyada təxminən 45 min qadın və ya qızın həyat yoldaşı, sevgilisi və ya ailə üzvü tərəfindən öldürülməsi o deməkdir ki, hər 60 dəqiqədə 5-dən çox qadın qətlə yetirilir.

Maraqlıdır ki, ötən il həyat yoldaşının, sevgilisinin və ya ailə üzvünün törətdiyi qətlin qurbanı olan qadın və ya qızların sayı Asiya və Afrikada daha çoxdur. 45 000 qətlin 17 800-ü Asiyada, 17 200-ü isə Afrikada qeydə alınıb.

Bununla belə, əhalinin nisbətini nəzərə alsaq, həyat yoldaşının, sevgilisinin və ya ailə üzvlərinin qətlinin qurbanı olan qadın və qızların sayı Afrikada 100.000 qadına 2,5, Amerika qitəsində 1,4, Asiyada isə 0,8 düşür.

2010-2021-ci illər arasında Avropada həyat yoldaşları, sevgililəri və ya ailə üzvləri tərəfindən törədilən qadın cinayətlərində yüzdə 19 azalma olduğu, Amerika qitəsində yüzdə 6 artım qeydə alındığı bildirilir.

Hesabatda qətl qurbanı olan kişilərin yalnız 11 faizinin həyat yoldaşı və ya ailə üzvləri tərəfindən öldürüldüyü, qadınlarda isə bu nisbətin 56 faiz olduğu qeyd edilib.

BMT-nin hesabatında 2019-2020 və 2020-2021-ci illərdə həyat yoldaşları, sevgililəri və ya ailə üzvləri tərəfindən qətlə yetirilən qadın və ya qızların nisbəti üçün ayrıca paraqraf açılıb.

COVİD-19-un təsirli olduğu 2019-2020-ci illərdə Qərbi Avropada 13 faiz, Şimali Amerikada 9 faiz, Cənubi Avropada isə 5 faiz artım olub. 2020-2021-ci illərdə Qərbi Avropada 10,5 faiz, Şimali Amerikada 0,4 faiz azalma, Cənubi Avropada isə 5,3 faiz artım müşahidə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}